"AZAL"ın 50 yaşdan yuxarı əməkdaşları koronavirusa qarşı peyvənd edilirlər (FOTO)

22 fevral 2021-ci il, Bakı – 22 fevral tarixindən "Azərbaycan Hava Yolları" QSC-nin 50 yaş və daha yuxarı olan bütün işçilərinin koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndləmə prosesinə başlanılıb.

Bu yaş kateqoriyasına aid aviasiya personalı ilk növbədə koronavirus infeksiyasına qarşı peyvənd olunmalı şəxslər siyahısına daxildir.

Aviaşirkətin işçi heyətinin peyvənd olunması 26 fevral tarixinədək davam edəcəkdir. Peyvənd olunma könüllü xarakter daşıyır və ödənişsiz həyata keçiriləcəkdir.

Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı COVID-19 infeksiyasına qarşı peyvənd olunmalı bütün vətəndaşları peyvəndləmə prosesində daha fəal iştirak etməyə çağırır.  Bu, ölkədəki epidemioloji vəziyyətin yaxşılaşdırılmasına və ən qısa müddətdə aviasiya və turizm sektorunun bərpasına kömək edəcəkdir.

AZAL ölkədəki uğurlu peyvəndləmə proqramı sayəsində Azərbaycan Respublikası sərhədlərinin açılmasını və sərnişindaşıma sektorunun normal fəaliyyətə dönəcəyini gözləyir. Aviaşirkətin beşillik inkişaf planına əsasən 2023-cü ilə qədər əvvəlki daşıma həcmlərinə qayıtmaq və pandemiyadan əvvəl "Azərbaycan Hava Yolları"nın uçduğu bütün marşrutlar üzrə müntəzəm reysləri bərpa etmək  nəzərdə tutulmuşdur. 2025-ci ilədək isə aviaşirkət yaxın və uzaq xaricdəki marşrut xəritəsini daha da genişləndirməyi planlaşdırır.

Həmçinin, uçuşların bərpası çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportu xarici aviaşirkətlərin ölkəyə cəlb edilməsinin və yeni hava xətlərinin açılmasının təşviqi proqramını davam etdirəcəkdir.

Qeyd etmək lazımdır ki, sərhədlərin bağlanmasına qədər Azərbaycanın bütün beynəlxalq hava limanlarında hava məkanının beşinci və yeddinci dərəcəli "hava azadlığı” rejimləri tətbiq olunurdu. Azərbaycana uçuşlar həyata keçirmək istəyən bütün xarici aviaşirkətlər sonradan milli aviadaşıyıcı ilə eyni hüquqları əldə edəcəklər. Həmin azadlıq dərəcələri Azərbaycan hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuş icra etmək imkanı yaradır.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

08 İyn 2021

AZANS yüksək beynəlxalq tələblərə sadiq olduğunu bir daha təsdiqlədi

Ətraflı
01 İyn 2021

AZAL Moskva istiqamətində uçuşların sayını artırır

Ətraflı
21 May 2021

AZAL Türkiyənin Bodrum və Dalaman kurortlarına uçuşlar icra etməyə başlayacaq

Ətraflı
17 May 2021

AZAL mülki aviasiya sahəsində yüksək beynəlxalq təhlükəsizlik tələblərinə cavab verdiyini bir daha təsdiq etdi

Ətraflı
13 May 2021

IATA və AZAL arasında IATA Travel Pass mobil əlavəsinin Azərbaycanda tətbiq edilməsinin mümkünlüyü müzakirə edilmişdir

Ətraflı
03 May 2021

AZAL Bakı-Mineralnıye Vodı-Bakı istiqaməti üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.