AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır

3 fevral 2021-ci il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) fevralın 17-dən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır.

Uçuşlar həftədə iki dəfə - həftənin çərşənbə və bazar günləri “Domodedovo” hava limanına yerinə yetiriləcək.

Həmin reyslərə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında almaq mümkündür.

Bakı-Moskva istiqamətində aviareysin sərnişinlərinin nəzərinə:

- Rusiya ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə RF ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-russia ;

- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-clinics;

Moskva-Bakı istiqamətində reysin sərnişinlərinin nəzərinə:

- Azərbaycana giriş hüququnun olub-olmadığı yoxlanılmalıdır.  Azərbaycana giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı aviaşirkətin saytında aşağıdakı link üzrə qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-azerbaijan;

- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Testin nəticəsində həmçinin QR-kod göstərilməlidir. Bu kod hava limanında qeydiyyat masalarında yoxlanılacaq. QR-kodla arayışlar təqdim edən Rusiya klinikalarının siyahısı ilə həmçinin aşağıdakı link vasitəsilə tanış olmaq olar: https://www.azal.az/az/information/covid-russia. Tərəfdaş klinikalar şəbəkəsi genişləndikcə siyahı yenilənəcəkdir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahın qərarına müvafiq olaraq aviareyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

Hər iki istiqamətin sərnişinləri:

- testin nəticəsinin reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olduğuna əmin olmalıdırlar;

- pandemiya dövründə AZAL aviaşirkəti tərəfindən tətbiq edilən xüsusi daşıma qaydaları ilə tanış olmalıdırlar: https://youtu.be/-s-0s4o1L2M

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

19 Noy 2021

AZAL Moskvanın daha bir hava limanına uçuşlar yerinə yetirəcək

Ətraflı
16 Noy 2021

“AZAL” Əl-Küveyt şəhərinə uçuşlar yerinə yetirməyə başlayır

Ətraflı
12 Noy 2021

AZAL Bakıdan Almatıya uçuşlara başlayır

Ətraflı
12 Noy 2021

Azərbaycan aviatorları yenidən qan donoru oldular (FOTO)

Ətraflı
05 Noy 2021

AZAL Səudiyyə Ərəbistanının Ciddə şəhərinə xüsusi reyslər yerinə yetirəcək

Ətraflı
14 Okt 2021

AZAL hava gəmiləri parkına yeni Boeing 787 Dreamliner təyyarələri əlavə edə bilər

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.