Azərbaycanın azad edilmiş ərazilərindəki hava limanları ICAO reyestrinə daxil ediləcək

25 noyabr 2020-ci il, Bakı – Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın daha altı hava limanının  beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsini təsdiq etdi.

“Əlamətdar haldır ki, beynəlxalq təşkilatın yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də Ali Baş Komandan, Azərbaycanın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərdə - Ağdam, Fizuli və Xankəndidə yerləşən hava limanları da daxil olacaq. Bu, beynəlxalq aviasiya qurumlarının ölkəmizin ərazi bütövlüyünü tanımasının növbəti təzahürüdür” – deyə AZAL prezidenti Cahangir Əsgərov bildirdi.  

Qeyd edilən hava limanlarının kodları ICAO-nun  7910/178 nömrəli Sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aeronaviqasiya xidmətinə görə məsuliyyət  Çikaqo konvensiyasının (ICAO-nin 7300 nömrəli sənədi) prinsiplərinə uyğun olaraq AZANS Hava Hərəkəti İdarəsinə həvalə edilib. Bu məsuliyyət hədləri ICAO Şurası tərəfindən təsdiq edilib və Azərbaycanın suveren ərazilərinə müvafiqdir.

Qeyd etmək lazımdır ki, ICAO Azərbaycanın öz ərazisi üzərindəki hava məkanında mütləq suverenliyini dəfələrlə təsdiq və qeyd etmişdir.

Məkanın işarələri 7910/178 nömrəli Sənədin müddəalarına müvafiq olması məqsədilə ICAO tərəfindən yoxlanılır. Rüblük sənədə dəyişikliklər yalnız müvafiq qaydada nəzərdən keçirildikdən sonra daxil edilir.

Qeyd etməliyik ki, işğal edilmiş ərazilər üzərində hava məkanı təxminən 30 il müddətində beynəlxalq uçuşlar üçün bağlı olmuşdur. Həmin ərazidəki mülki aviasiya infrastukturu ciddi şəkildə zərər çəkmiş və tam dağılmış vəziyyətə gətirilmişdir.

Beynəlxalq uçuşların həyata keçirilməsi məqsədilə, uzun illər Ermənistan işğalı altında qalan ərazilər üzərində aeronaviqasiya təminatının bərpa edilməsi üzrə işlər yerinə yetiriləcəkdir. Bütün bunlar mülki aviasiyanın təkcə regional səviyyədə deyil, həm də qlobal miqyasda inkişaf etməsinə kömək edəcək.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

Son xəbərlər

29 Apr 2022

AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır

Ətraflı
27 Apr 2022

AZAL prezidenti və Rusiyanın Həştərxan vilayətinin qubernatoru əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Ətraflı
26 Apr 2022

AZANS Zəngilan hava limanında yeni uçuşları idarəetmə sistemini tətbiq edir

Ətraflı
18 Apr 2022

“Azərbaycan Hava Yolları” Bakıdan Praqaya uçuşlara başlayır

Ətraflı
13 Apr 2022

AZAL Bakı ilə Berlin arasında uçuşları bərpa edir

Ətraflı
12 Apr 2022

Azərbaycan və Türkiyə hava məkanının birgə inkişafı barədə razılığa gəldilər

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.