“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

19 noyabr 2020-ci il, Bakı – Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reyslərin bərpa edilməsi barədə elan dərc edildikdən sonra sosial şəbəkələrdə bu istiqamətdə aviabiletlərin satışı barədə müxtəlif məlumatlar yayılmağa başladı. Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) qeyd edilən maşrut üzrə aviabiletlərin yalnız aviaşirkətin çağırış mərkəzi vasitəsilə əldə edilməsinə çağırır. Əks təqdirdə alıcılar fırıldaqçılığın qurbanı ola bilərlər.

AZAL sərnişinlərinə xatırladır ki, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletlərin satışı ardıcıllıq prinsipi ilə həyata keçirilir. Növbəyə qeydiyyat iki üsulla - əks əlaqə forması üzrə və ya WhatsApp mesenceri vasitəsilə həyata keçirilir.

- Bakıdan Naxçıvana reyslər üçün:

https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853919

• WhatsApp: +99455 204 65 54

- Naxçıvandan Bakıya reyslər üçün:

https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000886220  

• WhatsApp: +994 60 487 30 11

Müraciət zamanı sərnişinlərdən şəxsiyyət vəsiqələrinin skan edilmiş surətlərini və geri əlaqə üçün əlaqə nömrələrini göndərmələri tələb olunacaq.

Aviaşirkət bildirir ki, həmin istiqamət üzrə aviabiletin dəyəri Azərbaycanın Tarif Şurası tərəfindən müəyyən edilmişdir və vətəndaşlar üçün bir istiqamətdə 50 manat təşkil edir.

“Azərbaycan Hava Yolları” turizm şirkətləri və ya fərdi şəxslər tərəfindən yol verilən bu cür hərəkətlərin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir.

Son xəbərlər

26 Yan 2021

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslərin sayı gündə üç dəfəyədək artırılır

Ətraflı
25 Noy 2020

Azərbaycanın azad edilmiş ərazilərindəki hava limanları ICAO reyestrinə daxil ediləcək

Ətraflı
19 Noy 2020

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Ətraflı
17 Noy 2020

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

Ətraflı
06 Noy 2020

AZAL-ın dəstəyi ilə Kubadan Azərbaycana növbəti həkim briqadası gətirildi

Ətraflı
03 Noy 2020

Pakistanın Azərbaycandakı səfiri və AZAL-ın prezidenti yeni reyslərin açılmasını müzakirə etdilər

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.