AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

17 noyabr 2020-ci il, Bakı – 19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir.

Reyslər hər gün həyata keçiriləcək: Bakıdan uçuş - saat 13:00, Naxçıvandan uçuş - saat 16:10.

Hava gəmisinə COVID-19 testi üzrə mənfi nəticə barədə arayış təqdim edən sərnişinlər buraxılacaq.

Pandemiya dövründə reyslərin sayının məhdud olduğunu və yüksək tələbatı nəzərə alaraq, qeyd edilən istiqamətdə aviabiletlərin satışı ardıcıllıq prinsipi ilə həyata keçirilir.

Növbəyə qeydiyyat iki üsulla həyata keçirilir - əks əlaqə forması üzrə və ya WhatsApp mesenceri vasitəsilə.

- Bakıdan Naxçıvana reyslər üçün:

https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853919

• WhatsApp: +99455 204 65 54

- Naxçıvandan Bakıya reyslər üçün:

https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000886220  

• WhatsApp: +994 60 487 30 11

Müraciət zamanı sərnişinlərdən şəxsiyyət vəsiqələrinin skan edilmiş surətlərini və geri əlaqə üçün əlaqə nömrələrini göndərmələri tələb olunacaq.

Aviaşirkət eyni zamanda onlayn forma və WhatsApp vasitəsilə müraciət etməməyinizi xahiş edir. Bu yalnız onlayn növbələrin artmasına və çağırış mərkəzinin işçiləri tərəfindən cavabların gecikdirilməsinə səbəb olacaq.

Eyni zamanda sərnişinlərin diqqətinə çatdırırıq ki,   aviaşirkətin çağırış mərkəzinə zənglər vasitəsilə bu istiqamətdə aviabiletlər üçün sorğular qəbul edilmir.

Pandemiya dövründə təsdiq edilmiş qaydalara əsasən, əl yükü qismində yalnız qadın əl çantasının, kişi portfelinin və ya ölçüləri 30x35x10 sm-dən çox olmayan portativ kompyuter çantasının (çanta yalnız təyinatı üzrə istifadə olunmalıdır) daşınmasına icazə verilir. Kağız və polietilen torbalar da daxil olmaqla, digər baqaj baqaj bölməsində qeydiyyatdan keçməlidir. Pulsuz daşınmasına icarə verilən baqajın icazə verilən maksimum çəkisi 23 kq-dir, ölçüləri üç ölçünün cəmində 158 sm-dən çox olmamalıdır.

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

Son xəbərlər

26 Yan 2021

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslərin sayı gündə üç dəfəyədək artırılır

Ətraflı
25 Noy 2020

Azərbaycanın azad edilmiş ərazilərindəki hava limanları ICAO reyestrinə daxil ediləcək

Ətraflı
19 Noy 2020

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Ətraflı
17 Noy 2020

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

Ətraflı
06 Noy 2020

AZAL-ın dəstəyi ilə Kubadan Azərbaycana növbəti həkim briqadası gətirildi

Ətraflı
03 Noy 2020

Pakistanın Azərbaycandakı səfiri və AZAL-ın prezidenti yeni reyslərin açılmasını müzakirə etdilər

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.