AZAL-ın dəstəyi ilə Kubadan Azərbaycana növbəti həkim briqadası gətirildi

6 noyabr 2020-ci il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Kubanın paytaxtı Havanadan Bakıya xüsusi reys yerinə yetirdi.

Noyabrın 6-sı təşkil olunan xüsusi reyslə  Azərbaycan hökumətinin dəvəti ilə Kubadan Azərbaycana 120 həkim-mütəxəssis çatdırılmışdır. Kubadan  gələn peşəkar həkimlər Azərbaycan həkimləri ilə birgə COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərində iştirak edəcəklər.

Qeyd edək ki, bu ilin iyul ayında "Azərbaycan Hava Yolları" artıq belə bir reys həyata keçirmişdir və həmin reyslə Havanadan Bakıya koronavirus infeksiyasına qarşı mübarizədə kömək göstərmək üçün bir qrup Kubalı həkim gəlmişdir.

Aviauçuş genişfüzelyajlı  "Boeing 787"  tipli təyyarə vasitəsilə həyata keçirilmişdir. Uçuş 13 saat davam etmiş, Azərbaycan və Kubanın paytaxtları arasındakı məsafə 11 880 km. təşkil etmişdir.

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

Son xəbərlər

19 Noy 2021

AZAL Moskvanın daha bir hava limanına uçuşlar yerinə yetirəcək

Ətraflı
16 Noy 2021

“AZAL” Əl-Küveyt şəhərinə uçuşlar yerinə yetirməyə başlayır

Ətraflı
12 Noy 2021

AZAL Bakıdan Almatıya uçuşlara başlayır

Ətraflı
12 Noy 2021

Azərbaycan aviatorları yenidən qan donoru oldular (FOTO)

Ətraflı
05 Noy 2021

AZAL Səudiyyə Ərəbistanının Ciddə şəhərinə xüsusi reyslər yerinə yetirəcək

Ətraflı
14 Okt 2021

AZAL hava gəmiləri parkına yeni Boeing 787 Dreamliner təyyarələri əlavə edə bilər

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.