Pakistanın Azərbaycandakı səfiri və AZAL-ın prezidenti yeni reyslərin açılmasını müzakirə etdilər

3 noyabr 2020-ci il, Bakı – Bu gün səhər Pakistanın Azərbaycandakı səfiri Bilal Hayenin AZAL-ın prezidenti Cahangir Əsgərovla görüşü keçirilmişdir.

Görüş zamanı tərəflər Azərbaycan və Pakistan arasında mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin sərnişin axınının və yük daşımalarının artırılması üzrə perspektiv planları müzakirə etmişlər.

Səfir Cahangir Əsgərova bildirdi ki, 2019-cu ildə 40 mindən artıq Pakistan vətəndaşı Azərbaycanı ziyarət etmişdir və COVID-19 pandemiyası sona çatdıqdan, eləcə də  beynəlxalq uçuşlarla bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu rəqəm daha da artacaqdır.

Eyni zamanda, səfir Azərbaycan vətəndaşlarının turizm məqsədilə və ticarətin inkişafı üçün Pakistana səyahətə böyük maraq göstərdiklərini də qeyd etdi.

Danışıqlar zamanı Cahangir Əsgərov qeyd etdi ki, birbaşa hava əlaqəsinin açılması iki ölkə arasında turizmin və işgüzar münasibətlərin inkişafına əlavə  təkan verəcək.

2020-ci ilin yanvar ayında Azərbaycan və Pakistanın Milli aviadaşıyıcıları arasında imzalanmış Kod-şerinq sazişini xatırladan Cahangir Əsgərov beynəlxalq hava əlaqələri bərpa edildikdən sonra, hər hansı məhdudiyyət qoyulmadan, hər iki ölkənin istənilən hava limanına müntəzəm sərnişin reyslərinin həyata keçirilməsini təklif etdi.

Pakistanla Azərbaycan arasında birbaşa reyslərin açılmasına tələbat çoxdan yaranmışdır. Birbaşa reyslər uçuş vaxtını ən azı üç saatadək azaltmağa imkan verəcək, iki qardaş ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da dərinləşdirilməsinə zəmin yaradacaqdır.  

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

Son xəbərlər

19 Noy 2021

AZAL Moskvanın daha bir hava limanına uçuşlar yerinə yetirəcək

Ətraflı
16 Noy 2021

“AZAL” Əl-Küveyt şəhərinə uçuşlar yerinə yetirməyə başlayır

Ətraflı
12 Noy 2021

AZAL Bakıdan Almatıya uçuşlara başlayır

Ətraflı
12 Noy 2021

Azərbaycan aviatorları yenidən qan donoru oldular (FOTO)

Ətraflı
05 Noy 2021

AZAL Səudiyyə Ərəbistanının Ciddə şəhərinə xüsusi reyslər yerinə yetirəcək

Ətraflı
14 Okt 2021

AZAL hava gəmiləri parkına yeni Boeing 787 Dreamliner təyyarələri əlavə edə bilər

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.