AZAL və “Belavia” Bakı-Minsk marşrutu üzrə kod-şerinq reyslərini həyata keçirəcək

8 iyul 2020-ci il, Bakı - "Azərbaycan Hava Yolları", iyulun 10-dan 31-dək həyata keçiriləcək Bakı-Minsk marşrutu üzrə reyslərdə "Belavia" Belarusiya aviaşirkətinin marketinq tərəfdaşı oldu.

Uçuşların tezliyi həftədə iki dəfə – cümə və bazar günləri olmaqla ümumilikdə yeddi reys yerinə yetiriləcək.

Aviabilet satışı həm Milli aviadaşıyıcının www.azal.az saytında, həm də "Belavia" aviaşirkətinin www.belavia.by saytında həyata keçiriləcəkdir.

Bakı-Minsk reysi ilə Belarus Respublikasına giriş hüququ olan sərnişinlər daşınacaq. Minskdən transfer reysi ilə üçüncü ölkəyə gedən sərnişinlər təyinat ölkəsinin giriş qaydalarına əsasən reysə buraxılacaq.

Xatırladırıq ki, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılacaq. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı aşağıda qeyd olunmuşdur:

- Referans laboratoriyası;

- Leyla klinikası;

- Memorial klinikası;

- Bona Dea xəstəxanası;

- İnci laboratoriyası;

- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

- Kaspian Hospital;

- UltraLab.

COVID-19 üçün testin neqativ nəticəsi barədə arayışı sərnişin uçuşdan 48 saat əvvəl almalıdır.

Daha əvvəl məlumat verildiyi kimi, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarədə xüsusi qaydalar tətbiq olunacaq. "Azərbaycan Hava Yolları" tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

25 Noy 2020

Azərbaycanın azad edilmiş ərazilərindəki hava limanları ICAO reyestrinə daxil ediləcək

Ətraflı
19 Noy 2020

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Ətraflı
17 Noy 2020

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

Ətraflı
06 Noy 2020

AZAL-ın dəstəyi ilə Kubadan Azərbaycana növbəti həkim briqadası gətirildi

Ətraflı
03 Noy 2020

Pakistanın Azərbaycandakı səfiri və AZAL-ın prezidenti yeni reyslərin açılmasını müzakirə etdilər

Ətraflı
05 Okt 2020

“Azərbaycan Hava Yolları” QSC-nin məlumatı

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.