"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin məlumatı

Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) çarter reyslərinə aviabilet satışı haqqında müxtəlif məlumatların meydana çıxması ilə əlaqədar AZAL aviaşirkəti yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın, aviaşirkətin və ya səfirliyin/konsulluğun təqdim etdiyi rəsmi məlumata etibar etməyi sərnişinlərdən bir daha xahiş edir.

AZAL aviabilet alışı zamanı aviaşirkətin rəsmi internet saytından (www.azal.az) istifadə etməyi, provokasiyaya uymamağı və qeyri-rəsmi məlumatlara inanmamağı sərnişinlərə israrla tövsiyə edir. Əks halda, sərnişin həm vaxtını, həm də pul vəsaitini itirə bilər.

Aviaşirkət bir daha sərnişinlərə xatırladır ki, pandemiya dövründə yerinə yetirilən çarter və ya xüsusi reyslər barədə bütün məlumat AZAL-ın internet saytında və aviadaşıyıcının sosial şəbəkələrdəki rəsmi profillərində yerləşdirilir.

“Azərbaycan Hava Yolları” həmçinin provokasiya xarakterli hərəkətləri, yəni qəsdən qeyri-dürüst məlumatın yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir.

Son xəbərlər

06 Avq 2020

Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək

Ətraflı
03 Avq 2020

AZAL İstanbul istiqamətində reyslərin sayını yenidən artırır

Ətraflı
28 İyl 2020

Bakıda pandemiya şəraitində aviasiya və turizm sahələrinin əməkdaşlığı müzakirə olunmuşdur

Ətraflı
25 İyl 2020

AZAL oktyabr ayının sonunadək İstanbul, Berlin və Londona xüsusi reyslər həyata keçirməyə davam edəcək

Ətraflı
20 İyl 2020

AZAL hər gün İstanbula uçuşlar həyata keçirəcək

Ətraflı
13 İyl 2020

AZAL Kubalı həkimləri Bakıya çatdırdı (FOTO)

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.