Bu həftə AZAL İstanbula daha bir xüsusi reys yerinə yetirəcək

6 iyul 2020-ci il, Bakı - Bu həftə, iyul ayının 9-da Azərbaycanın milli aviadaşıyıcısı Bakı-İstanbul-Bakı marşrutu üzrə daha bir xüsusi reys yerinə yetirəcək. 
 
Aviabilet satışı aviaşirkətin rəsmi www.azal.az saytında başlanmışdır. 
 
Tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir. 
 
Tələbələr aviabilet alışı zamanı 30% həcmində güzəştdən yararlana biləcəklər. Bu məqsədlə, aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə  göndərilməlidir. Güzəştli aviabiletin rəsmiləşdirilməsi üzrə ətraflı videotəlimatla burada tanış ola bilərsiniz:

Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılacaq. Bununla əlaqədar olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı genişlənmişdir. Həmin siyahı ilə aşağıda tanış ola bilərsiniz: 
 
- Referans  laboratoriyası; 
 
- Leyla klinikası; 
 
- Memorial klinikası 
 
- Bona Dea xəstəxanası; 
 
- İnci laboratoriyası; 
 
- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM); 
 
- Kaspian Hospital 
 
- UltraLab. 
 
Daha əvvəl məlumat verildiyi kimi, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən "Memorial Sağlık Grubu" klinikaları və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.
 
İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə Nazirliyi (və ya digər səlahiyyətli orqanı) tərəfindən sertifikasiya olunan laboratoriyadan yaxud yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində müayinədən keçməsi barədə arayış təqdim edə bilər.
 
COVID-19 üçün testin neqativ nəticəsi barədə arayışı sərnişin uçuşdan 48 əvvəl almalıdır.
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Bu məqsədlə onlar uçuş zamanı bəyannamə dolduraraq, özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər. 8103 nömrəsinə SMS göndərməklə alınan icazələr həmin şəxslərə şamil olunmayacaq.
 
Xatırladırıq ki, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarədə xüsusi qaydalar tətbiq olunacaq. "Azərbaycan Hava Yolları" tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

06 Avq 2020

Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək

Ətraflı
03 Avq 2020

AZAL İstanbul istiqamətində reyslərin sayını yenidən artırır

Ətraflı
28 İyl 2020

Bakıda pandemiya şəraitində aviasiya və turizm sahələrinin əməkdaşlığı müzakirə olunmuşdur

Ətraflı
25 İyl 2020

AZAL oktyabr ayının sonunadək İstanbul, Berlin və Londona xüsusi reyslər həyata keçirməyə davam edəcək

Ətraflı
20 İyl 2020

AZAL hər gün İstanbula uçuşlar həyata keçirəcək

Ətraflı
13 İyl 2020

AZAL Kubalı həkimləri Bakıya çatdırdı (FOTO)

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.