İyunun 20-də AZAL Naxçıvana iki əlavə reys yerinə yetirəcək.

İyunun 20-də "Azərbaycan Hava Yolları" tərəfindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reyslər yerinə yetiriləcək.

Həmin reyslərə yalnız Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində qeydiyyatdan keçən sərnişinlər buraxılacaq.

Nümayəndəliyin tərtib etdiyi siyahıya əsasən çağrı mərkəzinin əməkdaşları sərnişinlərlə əlaqə yaradaraq aviabiletin dəyərinin ödənilməsi qaydasını izah edəcəklər, həmçinin iyunun 19-da gün ərzində hansı ünvanda COVID-19 üçün müayinədən keçməyin mümkün olduğu barədə məlumat verəcəklər.

Yeni qaydalara uyğun olaraq AZAL-ın reyslərinə  yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19)  testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılır. Naxçıvana və ya Naxçıvandan səfər edən sərnişinlər üçün müayinə ödənişsizdir.

Hazırkı şərtlərə əsasən Naxçıvana yerinə yetirilən reyslərə aviabilet satışı Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi tərəfindən təqdim edilən sərnişinlərin nə əsasən həyata keçirilir. Təsdiq edilmiş siyahı daxil olduqdan sonra aviaşirkətin çağrı mərkəzinin əməkdaşları sərnişinlərlə əlaqə yaradır və aviabiletin dəyərinin ödənilməsi qaydasını izah edirlər.

Bir daha xatırladırıq ki, qeyd edilən iki əlavə reysə sərnişinlər Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi tərəfindən təqdim edilən siyahıya əsasən buraxılacaqlar.

Son xəbərlər

13 İyl 2020

AZAL Kubalı həkimləri Bakıya çatdırdı (FOTO)

Ətraflı
09 İyl 2020

"Azərbaycan Hava Yolları" Berlinə xüsusi reyslər həyata keçirəcək

Ətraflı
08 İyl 2020

AZAL və “Belavia” Bakı-Minsk marşrutu üzrə kod-şerinq reyslərini həyata keçirəcək

Ətraflı
07 İyl 2020

AZAL Bakı və İstanbul arasında uçuşların sayını həftədə 4 reysədək artıracaq

Ətraflı
07 İyl 2020

AZAL Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərə aviabilet satışına başlayır

Ətraflı
07 İyl 2020

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin məlumatı

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.