AZAL Naxçıvana müntəzəm reysləri bərpa edir (FOTO, VİDEO)

18 iyun 2020-ci il, Bakı – COVID-19 koronavirus infeksiyası pandemiyasının başlandığı müddətdən ilk dəfə olaraq  milli aviadaşıyıcı – AZAL 18 iyun tarixindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə müntəzəm daxili reysləri bərpa edir.

Qeyd edilən reyslərə 2-ci Terminalda xidmət göstərilir.

Uçuşa yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19) üçün müayinədən keçən və mənfi nəticə əldə edən sərnişinlər buraxılır. Müayinə uçuşdan ən gec 48 saat əvvəl aparılmalıdır.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar, sərnişinləri yola salan vətəndaşların aerovağzal ərazisində toplaşması qadağandır.

Reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı günləri yerinə yetiriləcək. Aviabiletin dəyərinə 23 kq çəkidə baqaj daxildir. Kişi portfeli və ya qadın çantası istisna olmaqla, əl yükü, o cümlədən “Duty free” mağazalarından alınan əşyaların daşınması qadağandır.

Bakı-Naxçıvan reysi barədə videoçarxla burada tanış olmaq mümkündür:

Cari şərtlərə uyğun olaraq, Bakı-Naxçıvan-Bakı reyslərinə aviabilet satışı Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi tərəfindən təqdim olunmuş sərnişinlərin siyahısına əsasən həyata keçirilir. Təsdiq edilmiş siyahı daxil olduqdan sonra aviaşirkətin çağırış mərkəzi sərnişinlərlə əlaqə yaradaraq aviabiletin dəyərinin ödənilməsi qaydasını izah edir.

Reyslərdə yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, “Azərbaycan Hava Yolları” ilk növbədə təcili uçuşa ehtiyacı olan sərnişinlərin aviabilet almaq üçün müraciət etmələrini tövsiyə edir.

Daha əvvəl xəbər verildiyi kimi, COVID-19 pandemiyası dövründə həyata keçirilən uçuşlarda həm uçuş və çıxış hava limanında, həm də hava gəmisində xüsusi qaydalar tətbiq ediləcəkdir. AZAL tərəfindən hazırlanmış videotəlimata burada baxa bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M

 

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti

Son xəbərlər

13 İyl 2020

AZAL Kubalı həkimləri Bakıya çatdırdı (FOTO)

Ətraflı
09 İyl 2020

"Azərbaycan Hava Yolları" Berlinə xüsusi reyslər həyata keçirəcək

Ətraflı
08 İyl 2020

AZAL və “Belavia” Bakı-Minsk marşrutu üzrə kod-şerinq reyslərini həyata keçirəcək

Ətraflı
07 İyl 2020

AZAL Bakı və İstanbul arasında uçuşların sayını həftədə 4 reysədək artıracaq

Ətraflı
07 İyl 2020

AZAL Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərə aviabilet satışına başlayır

Ətraflı
07 İyl 2020

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin məlumatı

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.