AZAL Bakı- İstanbul-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirir (FOTO, VİDEO)

18 iyun 2020-ci il, Bakı – Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" 17 və 18 iyun tarixlərində Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi reyslər yerinə yetirməyə  davam edir. Təyyarələrin uçuşu cədvəl üzrə həyata keçirilir.

Yeni qaydalara uyğun olaraq yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19)  testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər Bakı-İstanbul reysinə buraxılır.

İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən sərnişin  COVID-19-a dair mənfi nəticə barədə arayışı təqdim etməlidir. Bu halda İstanbul-Bakı reysi ilə gələn Azərbaycan vətəndaşları karantindən azad edilirlər. Lakin həmin reysin sərnişinlərində COVID-19 əlamətləri aşkar edildikdə onlar təkrar surətdə tibbi müayinədən keçirilə bilərlər.

Bakı-İstanbul-Bakı istiqamətində reyslərə aviabilet satışı aviaşirkətin www.azal.az saytında açılmışdır. Bakı-İstanbul reysinə aviabiletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin  ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər. İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılır.

Bakı-İstanbul xüsusi reysi barədə videoçarxı qeyd olunan keçiddən istifadə etməklə izləyə bilərsiniz:

Daha əvvəl xəbər verildiyi kimi, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur. "Azərbaycan Hava Yolları" tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz:

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

13 İyl 2020

AZAL Kubalı həkimləri Bakıya çatdırdı (FOTO)

Ətraflı
09 İyl 2020

"Azərbaycan Hava Yolları" Berlinə xüsusi reyslər həyata keçirəcək

Ətraflı
08 İyl 2020

AZAL və “Belavia” Bakı-Minsk marşrutu üzrə kod-şerinq reyslərini həyata keçirəcək

Ətraflı
07 İyl 2020

AZAL Bakı və İstanbul arasında uçuşların sayını həftədə 4 reysədək artıracaq

Ətraflı
07 İyl 2020

AZAL Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərə aviabilet satışına başlayır

Ətraflı
07 İyl 2020

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin məlumatı

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.