“Azərbaycan Hava Yolları” “AZAL-Miles” proqramının iştirakçılarına bonus xallarının etibarlılıq müddətini uzadacaq

18 mart 2020-ci il, Bakı – COVID-19 koronovirus infeksiyasının sürətlə yayılması və əksər istiqamətlər üzrə uçuşların məhdudlaşdırılması ilə bağlı yaranmış gözlənilməz vəziyyəti nəzərə alaraq, “Azərbaycan Hava Yolları” “AZAL-Miles” proqramının iştirakçılarına bonus ballarının etibarlılıq müddətini ən azı bu ilin sonunadək uzadacaq.

Ballarının etibarlılıq müddəti bu il bitməli olan proqram iştirakçıları 2021-ci ilin yanvarın 1-dək ballardan istifadə edə biləcəklər.  Bu qayda həm aviabiletlərə dəyişdirilə bilən səyahət ballarına, həm də Gold və Platinum elit səviyyələrinin status ballarına şamil olunur.

Müvafiq bildiriş bütün proqram iştirakçılarına fərdi olaraq elektron poçt vasitəsilə göndəriləcəkdir.

"AZAL-Miles" - “Azərbaycan Hava Yolları” QSC-nin tez-tez uçan sərnişinləri üçün nəzərdə tutulmuş  proqramdır. İştirakçılar AZAL və “Buta Airways” aviaşirkətləri tərəfindən yerinə yetirilən uçuşlar üçün ballar toplaya və sonra onları AZAL-ın mükafatlandırıcı aviabiletlərinə dəyişə və yaxud xidmət sinfinin yüksəldilməsi üçün istifadə edə bilərlər.  Yetərli sayda status balları topladıqdan sonra Gold və Platinum statusuna sahib olan iştirakçılar hava limanının biznes zal xidmətinə giriş, əlavə baqaj və s. kimi üstünlüklərdən faydalana bilərlər. Daha ətraflı məlumat aviaşirkətin saytında yerləşdirilmişdir: www.miles.azal.az. “AZAL-Miles” proqramı ilə bağlı suallarınızı müştəri xidmətlərinə azalmiles@azal.az elektron poçt ünvanı və yaxud saytımızdakı əks əlaqə forması vasitəsilə yönləndirə bilərsiniz.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

19 Noy 2021

AZAL Moskvanın daha bir hava limanına uçuşlar yerinə yetirəcək

Ətraflı
16 Noy 2021

“AZAL” Əl-Küveyt şəhərinə uçuşlar yerinə yetirməyə başlayır

Ətraflı
12 Noy 2021

AZAL Bakıdan Almatıya uçuşlara başlayır

Ətraflı
12 Noy 2021

Azərbaycan aviatorları yenidən qan donoru oldular (FOTO)

Ətraflı
05 Noy 2021

AZAL Səudiyyə Ərəbistanının Ciddə şəhərinə xüsusi reyslər yerinə yetirəcək

Ətraflı
14 Okt 2021

AZAL hava gəmiləri parkına yeni Boeing 787 Dreamliner təyyarələri əlavə edə bilər

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.