Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır

26 fevral 2020-ci il, Bakı – “Amadeus” şirkətinin İnformasiya texnologiyaları üzrə baş vitse-prezident Bruno Spadanın başçılıq etdiyi nümayəndə heyəti Bakıda işgüzar səfərdə olmuşdur.

İşgüzar səfər çərçivəsində AZAL prezidenti Cahangir Əsgərov ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni texnologiyaların tətbiqi ilə bağlı məsələlərin müzakirə olunduğu görüş baş tutmuşdur. Cahangir Əsgərov qeyd etmişdir ki, ötən il paytaxt aeroportu dünyada bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanı olmuşdur.

Yeni “Amadeus” texnologiyaları sayəsində Heydər Əliyev Beynəlxalq Aeroportu yeni informasiya  bazasını, resursların idarə edilməsi və uçuşlar haqqında məlumatların əks olunma sistemlərini və s. idarə etmək imkanı əldə etmişdir.

“Bizim prioritet məqsədlərimizdən biri Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin axınının artırılmasıdır. “Amadeus” şirkəti ilə əməkdaşlıq və müasir texnologiyalardan istifadə bizə görülən işlərin səmərəliliyinin yaxşılaşdırılması və ən əsası sərnişinlərə göstərilən xidmət keyfiyyətinin artırılmasına icazə verir”, - Cahangir Əsgərov bildirib.

“Azərbaycan paytaxtının hava limanı müasir aviasiya sənayesində müasir texnologiyalardan istifadənin üstünlüklərinin baris nümunəsidir. “Amadeus”un bulud həllərinin əsas üstünlükləri sırasına xərclərin səmərəli şəkildə optimallaşdırılması və idarə edilməsi imkanları da daxildir. Xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada bulud texnologiyalarına tamamilə keçid etmiş yeganə hava limanıdır", – Bruno Spada bildirib.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

“Amadeus” şirkəti aviadaşımalar və qlobal distribusiya sistemləri sahəsində dünyanın ən böyük İT xidmətləri təchizatçılarından biridir.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

25 Noy 2020

Azərbaycanın azad edilmiş ərazilərindəki hava limanları ICAO reyestrinə daxil ediləcək

Ətraflı
19 Noy 2020

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Ətraflı
17 Noy 2020

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

Ətraflı
06 Noy 2020

AZAL-ın dəstəyi ilə Kubadan Azərbaycana növbəti həkim briqadası gətirildi

Ətraflı
03 Noy 2020

Pakistanın Azərbaycandakı səfiri və AZAL-ın prezidenti yeni reyslərin açılmasını müzakirə etdilər

Ətraflı
05 Okt 2020

“Azərbaycan Hava Yolları” QSC-nin məlumatı

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.