“Azerbaijan Airlines” jurnalının fotoqrafı AIPS mükafatının laureatı olmuşdur

17 fevral 2020-ci il, Bakı – “Azərbaycan Hava Yolları”nın bütün reyslərində paylanan “Azerbaijan Airlines” bort jurnalının baş fotoqrafı Sergey Kivrin nəşrin 2019-cu il 60 nömrəli sayında dərc olunan "Yaylağa gedən yol" reportajına görə Dünya İdman Mətbuatı Assosiasiyasının mükafatına layiq görülmüşdür.

1924-cü ildən bəri mövcud olan Dünya İdman Mətbuatı Assosiasiyası (AIPS) bu sahədə dünyanın ən nüfuzlu təşkilatlarından biridir. Assosiasiya beş qitənin aparıcı idman mediasını təmsil edir.

Onun mükafatı idman hadisələrini işıqlandıran jurnalistlər cəmiyyətində ən yüksək mükafat hesab edilir. Bu ilin fevral ayında Budapeştdə “AIPS Sport Media Awards 2019” müsabiqəsinin nəticələrinə yekun vurulmuşdur. Müsabiqədə 125 ölkədən iki minə yaxın jurnalist öz işini təqdim etmişdir. "Fotoqrafiya", "Çap Mətbuatı" və "Jurnalist Bloqu" kateqoriyaları üzrə qaliblər müəyyənləşdirilmişdir. O cümlədən, “Azerbaijan Airlines” bort jurnalının baş fotoqrafı Sergey Kivrinə mükafat təqdim edilmişdir.

Yüzlərlə işin arasından məhz onun birinci “Milli Yaylaq Festivalı”na həsr olunmuş “Yaylağa gedən yol” adlı fotoreportajının mükafatlandırılmasında, şübhəsiz ki, yalnız nəşrin əməkdaşının deyil, həmçinin Azərbaycanın Gədəbəy bölgəsində həyata keçirilmiş rəngarəng tədbirin təşkilatçılarının və qonaqları ölkənin həyatı ilə daha yaxından tanış etmək istəyən AZAL rəhbərliyinin də böyük xidməti vardır.

"Lakin, hər şeydən əvvəl, bu, Azərbaycanın idman uğurlarınının və milli mədəniyyətin inkişafına verdiyi töhfənin yüksək qiymətləndirilməsidir", – AIPS mükafatı laureatı Serqey Kivrin qeyd etmişdir.

Azərbaycanın idman uğurları danılmazdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daimi diqqəti sayəsində ölkəmiz yalnız idman dövlətləri arasında deyil, beynəlxalq yarışların təşkilatçıları arasında da mühüm yer tutmuşdur. Ölkədə baş verən digər irimiqyaslı tədbirlər kimi, onların da əksəriyyəti “Azerbaijan Airlines” jurnalının səhifələrində öz əksini tapmışdır.

"Biz Azərbaycan haqqında danışmağı, onun nailiyyətlərini sərhədlərimizdən kənarda təbliğ etməyi əsas vəzifəmiz kimi görürük və bu həm dövlətimizin beynəlxalq nüfuzunun artmasına, həm də ölkəmizə turistlərin cəlb edilməsinə kömək etməlidir", – AZAL vitse-prezidenti, “Azerbaijan Airlines” jurnalının rəhbəri Eldar Hacıyev AIPS mükafatını şərh edərək bildirmişdir.

Biz isə öz növbəmizdə AIPS mükafatından əlavə son iki ayda Beşinci Beynəlxalq Fotosalonunun (Sofiya) qızıl medalına və həmçinin Amerikanın məşhur ViewBug (www.viewbug.com) foto saytı tərəfindən “Göygöl Gölü” şəklinə görə on mükafata layiq görülmüş Sergey Kivrini təbrik edir, ona yeni uğurlar və parlaq reportajlar arzulayırıq!

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

18 Mar 2020

“Azərbaycan Hava Yolları” “AZAL-Miles” proqramının iştirakçılarına bonus xallarının etibarlılıq müddətini uzadacaq

Ətraflı
13 Mar 2020

Azərbaycanın Milli aviadaşıyıcısı bütün istiqamətlər üzrə biletləri dəyişməyə hazırdır

Ətraflı
03 Mar 2020

AZAL is taking special measures to prevent the spread of coronavirus (VIDEO)

Ətraflı
27 Fev 2020

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır

Ətraflı
25 Fev 2020

“Azərbaycan Hava Yolları” sərnişinlərə xidmət sahəsində yeni “Amadeus” texnologiyalarına keçid etmişdir

Ətraflı
24 Fev 2020

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətinin məlumatı

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.