AZAL-dan “Qış aksiyası” çərçivəsində yeni endirimli aviabiletlər

17 dekabr 2019-cu il, Bakı – Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" (AZAL) aviabiletlərə endirim kampaniyası elan edir.

Aviabiletlərin 16 yanvar 2020-ci il tarixindən öncə alındığı təqdirdə ekonom-sinif üzrə qiymətlər aşağıdakı kimi olacaq:

  • Bakı-Antalya-Bakı - 169 avro
  • Bakı-İstanbul-Bakı - 179 avro
  • Bakı-Ankara-Bakı - 189 avro
  • Bakı-Almatı-Bakı - 189 avro
  • Bakı-Tel-Əviv-Bakı - 229 avro
  • Bakı-Berlin-Bakı - 269 avro
  • Bakı-Paris-Bakı - 299 avro, yanvarın 29-dək reyslər
  • Bakı-Milan-Bakı - 289 avro
  • Bakı-London-Bakı - 389 avro

Qiymətlər bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilmişdir.

Aviabiletlərin dəyərinə 23 kq-dək baqajın, həmçinin 10 kq-dək əl yükünün (55*40*23 sm-dək ölçüdə) daşınması daxildir.

Endirimli qiymətlərlə təqdim edilən aviabiletlərin sayı məhduddur.

Uçuşlar 2020-ci il 15 yanvar - 29 fevral tarixləri aralığında həyata keçiriləcək. Endirimlə əldə olunmuş biletlər geri qaytarılmır və dəyişdirilmir. Reys çərçivəsində “AZAL Miles” bonus proqramından istifadə etmək mümkündür. Bonus proqramı haqqında ətraflı məlumat www.miles.azal.az saytında təqdim edilmişdir.

Aviabiletləri www.azal.az saytında, AZAL-ın kassalarında və şirkətin rəsmi agentliklərində əldə etmək olar.

Əlavə məlumat üçün aviaşirkətin müştəri xidmətlərinə callcenter@azal.az elektron poçt ünvanı və yaxud saytımızda əks əlaqə forması vasitəsilə müraciət edə bilərsiniz.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

09 İyl 2020

"Azərbaycan Hava Yolları" Berlinə xüsusi reyslər həyata keçirəcək

Ətraflı
08 İyl 2020

AZAL və “Belavia” Bakı-Minsk marşrutu üzrə kod-şerinq reyslərini həyata keçirəcək

Ətraflı
07 İyl 2020

AZAL Bakı və İstanbul arasında uçuşların sayını həftədə 4 reysədək artıracaq

Ətraflı
07 İyl 2020

AZAL Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərə aviabilet satışına başlayır

Ətraflı
07 İyl 2020

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin məlumatı

Ətraflı
07 İyl 2020

Bu həftə AZAL İstanbula daha bir xüsusi reys yerinə yetirəcək

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.