Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılmışdır

4 dekabr 2019-cu il, Bakı – İki qardaş dövlət – Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılmışdır.

Bu ilin avqust ayında Naxçıvan Muxtar Respublikası və Türkiyə arasında fəaliyyət göstərən yeni hava dəhlizinin açılışı baş tutmuşdur.

Naxçıvan Muxtar Respublikasının geosiyasi mövqeyini nəzərə alsaq, “Dostluq dəhlizi” önəmli strateji əhəmiyyətə malikdir. Dəhlizin sayəsində iki ölkə arasında digər qonşu dövlətlərin ərazilərini yan keçərək birbaşa hava əlaqəsi yaradılmışdır.

Birbaşa hava dəhlizi Araz çayı boyunca uzanan iki ölkə arasındakı 15 kilometrlik sərhəddən keçir. Qeyd edək ki, 28 May 1992-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə burada avtomobil körpüsü və Sədərək-Dilucu sərhəd-keçid məntəqəsi açılmışdır.

Digər ölkələrin ərazisini yan keçərək Naxçıvan və Türkiyə arasında əlaqə yaradılmasına imkan yaradacaq dəhlizinin açılması ilə bağlı intensiv işlərə 2018-ci ildə başlanılmışdır.

Layihə “Azəraeronaviqasiya” (AZANS), Türkiyənin Dövlət Hava Limanları Təşkilatı (DHMİ) və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) əlaqələndirilmiş işi sayəsində qısa müddətdə həyata keçirilmişdir.

Dövlətlərarası bütün zəruri razılaşmalar əldə edilmiş və imzalanmışdır. Layihənin unikallığı ondan ibarətdir ki, yeni dəhliz qonşu ölkələrin ərazilərinə çox yaxın məsafədən keçir. Bu məqsəd ilə AZANS yeni hava dəhlizinə İCAO-nun xüsusi tələblərini tətbiq etmişdir.

Türkiyə ilə yeni hava dəhlizinin açılması yeni beynəlxalq uçuşların həyata keçirilməsi və Naxçıvan Muxtar Respublikası ilə hava əlaqələrinin genişlənməsinə böyük töhfə verəcək.

AZANS – “Azərbaycan Hava Yolları” QSC-nin struktur bölməsi olub, Azərbaycanın hava məkanına görə məsuliyyət daşıyır və regionun ən böyük hava hərəkəti idarəsidir. Ümumi məsuliyyət sahəsi 165,4 min kvadrat kilometrdir, bunun da 86,6 mini ölkənin quru ərazisi, 78,8 min kmilometri isə Xəzər dənizi üzərindəki hava məkanıdır.

Azərbaycanın hava məkanından 20 beynəlxalq hava dəhlizi keçir, marşrut şəbəkəsinin uzunluğu isə 11 min kilometrə yaxındır.

“Azərbaycan Hava Yolları” yeni “Dostluq dəhlizi”nə həsr olunmuş video hazırlamışdır.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

06 Dek 2019

4 mindən artıq ağac əkilib

Ətraflı
04 Dek 2019

Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılmışdır

Ətraflı
25 Noy 2019

Akademik Arif Paşayev Xarkov Aviasiya İnstitutunun fəxri adları ilə təltif edilmişdir

Ətraflı
21 Noy 2019

“Dubai Air Show 2019” sərgisində “Azərbaycan Hava Yolları” bir sıra önəmli razılaşmalara imza atmışdır

Ətraflı
12 Noy 2019

Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunmuşdur

Ətraflı
07 Noy 2019

AZAL prezidenti Cahangir Əsgərov uçuş heyətinin yığıncağını həyata keçirmişdir

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.