Azərbaycan Milli Aviasiya Akademiyası mexanik və avioniklərin hazırlığı üzrə yeni kurslar açır

14 oktyabr 2019-cu il, Bakı – “Azərbaycan Hava Yolları” QSC-nin nəzdindəki Milli Aviasiya Akademiyası Hava gəmilərinə texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik (B-1) və Texnik-avionik (B-2) kursları”na qəbul elan edir.

Kurslara 18 yaşından 32 yaşınadək orta və ya ali təhsilli, ingilis dilini yaxşı səviyyədə bilən, sağlamlığı ilə bağlı ciddi problemi olmayan, həmçinin texnika ilə işləmək həvəsi və bacarığı olan gənclər qəbul edilir.

Kurslara qəbul “Azərbaycan Hava Yolları”, “Silk Way Airlines” aviaşirkətləri və “Silk Way Helicopter Services”, Milli Aviasiya Akademiyası, həmçinin Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin aparıcı mütəxəssislərindən ibarət komissiyanın rəyi əsasında aparılacaq.

Kursların müddəti 21 aydır, təhsil haqqı 3000 manat təşkil edir. Hazırlıq zamanı yüksək göstəricilər əldə etmiş dinləyicilərə endirim təklif olunacaq.

Kursları müvəffəqiyyətlə bitirmiş və imtahanlardan uğurla keçmiş şəxslər Azərbaycanın Aviasiya Qaydaları (AAQ-147) əsasında fəaliyyət göstərən “Təsdiqlənmiş təlim təşkilatı”nın Sertifikatını əldə edəcəklər.

Sertifikat almış şəxslər “Azərbaycan Hava Yolları”, “Silk Way Airlines” aviaşirkətlərində, “Silk Way Technics”, “Silk Way Helicopter Services” və digər aviasiya müəssisələrində ixtisas üzrə işlə təmin olunacaqlar.

Təyyarə və helikopterlərə texniki xidmət müəssisələrində işləyən şəxslərə təcrübəsindən və ixtisasından asılı olaraq Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 1-ci Əlavəsinin və Hava gəmilərinin uçuşa yararlığının saxlanılması üzrə Azərbaycanın Aviasiya Qaydalarının (AAQ-66) tələblərinə uyğun “Hava gəmilərinə texniki xidmət göstərən personalın şəhadətnaməsi” veriləcək.

Sənədlərin qəbulu noyabrın 1-dək Milli Aviasiya Akademiyasında, AZ-1045, Bakı şəhəri, Mərdəkan prospekti 30 ünvanında aparılacaq.

 

Məsul katib: Toğrul Kərimli, telefon: (012) 497-26-00 (daxili 21-39, 23-49).

Sənədlərin qəbulu üzrə məsul şəxs: İlham Muradov, telefon: (012) 497-26-00 (daxili 20-29, 28-74).

Mütəxəssis: Viktoriya Novruzova, telefon: (012) 437-47-97 (daxili 45-11), (012) 497-26-00 (daxili 37-69).

Ətraflı məlumat Akademiyanın rəsmi saytında yerləşdirilib: www.naa.az

 

Sual və ərizələr aşağıdakı elektron poçt ünvanları vasitəsi ilə qəbul olunur:

mto.apply@naa.az – qəbul sənədlərinin göndərilməsi üçün ünvan;

mto.info@naa.az – keçirilən kurslara dair sualların cavablandırılması üçün ünvan.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

27 Dek 2019

“AZAL” prezidenti və İordaniya səfiri yeni reysin açılmasını müzakirə etdilər

Ətraflı
27 Dek 2019

AZAL səmanı bütün aviaşirkətlər üçün açdı

Ətraflı
17 Dek 2019

AZAL-dan “Qış aksiyası” çərçivəsində yeni endirimli aviabiletlər

Ətraflı
16 Dek 2019

AZAL Pilotların Hazırlığı Mərkəzinin imkanlarını genişləndirəcək

Ətraflı
06 Dek 2019

4 mindən artıq ağac əkilib

Ətraflı
04 Dek 2019

Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılmışdır

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.