"Azərbaycan Hava Yolları" iPhone və Android smartfonları üçün mobil əlavəni təqdim etdi

11 oktyabr 2019-cu il, Bakı –  Azərbaycanın milli aviadaşıyıcısı – AZAL aviaşirkəti iOS (9.0 və daha yüksək versiyalar) və Android (5.0 və daha yüksək versiyalar) əməliyyat sistemi bazasında çalışan smartfonlar üçün öz mobil əlavəsini təqdim etmişdir.

İstifadəçilər üçün rahat interfeysə malik mobil əlavə smartfon sahiblərinə kod-şerinq sazişi əsasında digər aviaşirkətlərlə birlikdə yerinə yetirilən uçuşlar da daxil olmaqla bütün istiqamətlər üzrə aviabiletləri əldə etməyə imkan verəcək.

Artıq aviabilet almış sərnişinlər bronu idarə edə, əlavə baqaj ala bilər, təyyarədə yemək və oturacaq seçə, həmçinin uçuşdan 24 saat əvvəl açılan onlayn qeydiyyatdan keçə bilərlər. iPhone istifadəçiləri minik talonunu “Apple Wallet” elektron cüzdanına əlavə edə biləcəklər.

Mobil əlavə üç dildə – azərbaycan, rus və ingilis dillərində təqdim edilir və həmçinin aviaşirkətin dəstək xidmətinə onlayn müraciət etməyə imkan verir. Məlumat bölməsində aviaşirkətin baqajın daşınması, tariflər və “AZAL Miles” proqramının əsas qaydaları təqdim olunmuşdur.

Qeyd edək ki, hazırda “AZAL Miles” bonus proqramının üzvləri üçün mobil əlavə də mövcuddur. İstifadəçilərin rahatlığı üçün gələcəkdə hər iki əlavənin funksionallığının birləşdirilməsi planlaşdırılır.

Pulsuz AZAL mobil əlavəsini “App Store” və “Google Play” dən yükləmək mümkündür. 

 

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti

Son xəbərlər

18 Mar 2020

“Azərbaycan Hava Yolları” “AZAL-Miles” proqramının iştirakçılarına bonus xallarının etibarlılıq müddətini uzadacaq

Ətraflı
03 Mar 2020

AZAL is taking special measures to prevent the spread of coronavirus (VIDEO)

Ətraflı
27 Fev 2020

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır

Ətraflı
25 Fev 2020

“Azərbaycan Hava Yolları” sərnişinlərə xidmət sahəsində yeni “Amadeus” texnologiyalarına keçid etmişdir

Ətraflı
24 Fev 2020

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətinin məlumatı

Ətraflı
18 Fev 2020

Azərbaycan və Rusiya uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı gücləndirir

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.