Bakıda AZANS-ın dəstəyi ilə “Digital Transformation Day” konfransı keçirilmişdir

10 oktyabr 2019-cu il, Bakı – 10 oktyabr tarixində “Azərbaycan Hava Yolları”nın struktur bölməsi “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) dəstəyi ilə “Sheraton Baku Airport Hotel”də ilk beynəlxalq “Digital Transformation Day” konfransı keçirilmişdir.

Konfransın əsas mövzusu “Azəraeronaviqasiyada rəqəmsal transformasiya və kibertəhlükəsizlik” olmuşdur. Xarici tərəfdaşların da dəstəyi ilə keçirilən tədbirdə ABŞ, Almaniya, Avstriya, Fransa, Rusiya, Böyük Britaniya, Çin və digər ölkələrin aparıcı provayderlərinin nümayəndələri iştirak etmişdirlər.

Konfransda "AZANS"-ın direktoru Fərhan Quliyev salamlama nitqi ilə çıxış edərək bildirmişdir ki, hava nəqliyyatının təşkilində qabaqcıl rəqəmsal texnologiyalardan istifadə kibertəhlükəsizliyin yüksək səviyyədə təmin olunmasını və kibertəhlükələrdən qorunmanı tələb edir.

“Aeronaviqasiya provayderi olaraq, AZANS ən qabaqcıl texnologiyaların tətbiqi sayəsində hava nəqliyyatının iqtisadi səmərəli, təhlükəsiz, etibarlı, çevik və dayanıqlı idarə edilməsini təmin edir. Bu il AZANS Qəbələnin hava limanında hava hərəkətinin idarəedilməsi üçün rəqəmsal qüllənin istifadəsinin birinci mərhələsini uğurla başa vurdu. Yeni həll “Enhanced Airport Vision Display” platformasına əsaslanır ”, – AZANS-ın direktoru Fərhan Quliyev qeyd etmişdir.

Hal-hazırda AZANS Azərbaycanın hava məkanında pilotsuz uçuş aparatlarının (PUA) idarəedilməsi texnologiyasının tətbiqi üzərində iş aparır. Pilotsuz hava hərəkətinin idarəsi də həmçinin qabaqcıl rəqəmsal texnologiyalardan istifadə nəticəsində tətbiq olunacaq, lakin ənənəvi uçuşların təhlükəsizliyi prioritet məsələ olaraq qalacaq.

“AZANS qabaqcıl rəqəmsal texnologiyalardan, o cümlədən süni intellektdən və pilotsuz uçuş aparatlarının idarə olunması (PUA) və ya pilotsuz nəqliyyat vasitələrinin hərəkətinə nəzarət kimi tanınan sənayenin texnologiyalarından istifadə edərək, hava məkanında PUA-ların təhlükəsiz şəkildə tətbiq edilməsinin həlli yollarını axtarır. Eyni zamanda, bu cür yeniliklərin tətbiq olunmasının ənənəvi uçuşların təhlükəsizliyinə maneə törətməməsi prioritet məsələdir", – Fərhan Quliyev əlavə etmişdir.

Bakıda keçirilən konfransın nəticəsində dünya mülki aviasiya tarixində ilk dəfə beynəlxalq hava naviqasiyasında kibertəhlükələr ilə mübarizədə birgə səylər barədə bəyannamə imzalanmışdır.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

14 Okt 2019

Azərbaycan Milli Aviasiya Akademiyası mexanik və avioniklərin hazırlığı üzrə yeni kurslar açır

Ətraflı
11 Okt 2019

"Azərbaycan Hava Yolları" iPhone və Android smartfonları üçün mobil əlavəni təqdim etdi

Ətraflı
10 Okt 2019

Bakıda AZANS-ın dəstəyi ilə “Digital Transformation Day” konfransı keçirilmişdir

Ətraflı
09 Okt 2019

Heydər Əliyev Beynəlxalq Aeroportunda pilotsuz uçuş aparatlarının hərəkətinin idarəedilməsi mərkəzi yaradılır

Ətraflı
03 Okt 2019

ICAO Azərbaycanın mülki aviasiya sahəsində uğurlarını vurğulamışdır

Ətraflı
19 Sen 2019

Bakıda AZAL-ın dəstəyi ilə “E-Commerce & Travel – 2019” adlı geniş konfrans keçirilmişdir

Ətraflı