ICAO Azərbaycanın mülki aviasiya sahəsində uğurlarını vurğulamışdır

3 oktyabr 2019-cu il, Monreal – Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının Rəyasət Heyəti (ICAO) aviasiya təhlükəsizliyinə nəzarət sahəsində yüksək nailiyyətlərinə görə Azərbaycan mülki aviasiyasını təltif etmişdir.

Fəxri sertifikat ICAO-nun 75 illiyi və ICAO Assambleyasının Kanadanın Monreal şəhərində keçirilmiş 40-cı yubiley sessiyasına həsr edilmiş Dünya Forumu çərçivəsində təqdim edilmişdir. Azərbaycan nümayəndə heyətinə Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov rəhbərlik etmişdir.

Assambleyaya ICAO-ya üzv olan 184 dövlət və 70 beynəlxalq təşkilatdan ümumilikdə 2600-dən çox iştirakçı qatılmışdır.

“Son illərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan mülki aviasiyası çox böyük uğurlara imza atmışdır. Aviasiya təhlükəsizliyinin bizim üçün hər zaman prioritet məsələ olaraq qaldığını xüsusi vurğulamaq istəyirəm. ICAO tərəfindən verilən belə fəxri mükafatlar bu uğurların növbəti təsdiqidir”, - AZAL prezidenti Cahangir Əsgərov bildirmişdir.

"ICAO Şurasının bizim “Heç bir ölkə diqqətdən kənarda qalmayacaq” (No Country Left Behind) təşəbbüsümüz çərçivəsində təsis etdiyi mükafatlar vahid qlobal aviasiya şəbəkəmizi daha da təhlükəsiz edən ölkələrə daha çox diqqət ayırmaq üçün nəzərdə tutulmuşdur", - ICAO prezidenti Olumuiva Benard Aliu bildirmişdir.

ICAO Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olub, bütün dünyada beynəlxalq mülki aviasiyanın təhlükəsiz və nizamlı inkişafına yardım məqsədilə 1944-cü ildə təsis edilmişdir. Azərbaycan 1992-ci ildən ICAO-nun üzvüdür.

 

Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

27 Dek 2019

“AZAL” prezidenti və İordaniya səfiri yeni reysin açılmasını müzakirə etdilər

Ətraflı
27 Dek 2019

AZAL səmanı bütün aviaşirkətlər üçün açdı

Ətraflı
17 Dek 2019

AZAL-dan “Qış aksiyası” çərçivəsində yeni endirimli aviabiletlər

Ətraflı
16 Dek 2019

AZAL Pilotların Hazırlığı Mərkəzinin imkanlarını genişləndirəcək

Ətraflı
06 Dek 2019

4 mindən artıq ağac əkilib

Ətraflı
04 Dek 2019

Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılmışdır

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.