“Azərbaycan Hava Yolları” təyyarə bələdçisi vəzifəsinə qəbul elan edir

12 sentyabr 2019-cu il, Bakı – "Azərbaycan Hava Yolları" aviaşirkəti xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir. Sənəd qəbulu 2019-cu il sentyabrın 16-dan oktyabrın 16-dək (saat 10.00-dan 12.00-a kimi) aparılacaq.

Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 160 sm-dən az və 180 sm-dən çox olmayan, orta təhsili başa vurmuş, mütləq qaydada azərbaycan və ingilis dillərində sərbəst danışan xanımlar iştirak edə bilər. Digər xarici (rus, ərəb, çin) dil bilikləri arzuolunandır. Əlavə tələblərə daxildir – ünsiyyətcillik, həmçinin bədənin görünən hissələrində döymə, çapıq və doğum ləkələrininin olmaması.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur:

- şəxsiyyət vəsiqəsi;

- bir fotoşəkil (3х4);

- xarici pasport;

- diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa).

Bütün sənədlər qeyd olunan tarixdə Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azərbaycan Hava Yolları”nın (AZAL) Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır.

Əlavə məlumat üçün bu telefon nömrələrinə müraciət etməniz xahiş olunur: (012) 497-26-00 (daxili 24-04; 32-81; 20-74)

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

18 Mar 2020

“Azərbaycan Hava Yolları” “AZAL-Miles” proqramının iştirakçılarına bonus xallarının etibarlılıq müddətini uzadacaq

Ətraflı
13 Mar 2020

Azərbaycanın Milli aviadaşıyıcısı bütün istiqamətlər üzrə biletləri dəyişməyə hazırdır

Ətraflı
03 Mar 2020

AZAL is taking special measures to prevent the spread of coronavirus (VIDEO)

Ətraflı
27 Fev 2020

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır

Ətraflı
25 Fev 2020

“Azərbaycan Hava Yolları” sərnişinlərə xidmət sahəsində yeni “Amadeus” texnologiyalarına keçid etmişdir

Ətraflı
24 Fev 2020

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətinin məlumatı

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.