“Azərbaycan Hava Yolları” Bakıdan Dehliyə aviareyslər yerinə yetirəcək

11 iyun 2019-cu il, Bakı – AZAL bu ilin 25 iyun tarixindən etibarən Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri - Dehliyə müntəzəm və çarter reysləri həyata keçirəcək.

AZAL-ın reysləri həftədə bir dəfə - çərşənbə axşamı günləri ekonom və biznes sinif konfiqurasiyalı “Boeing-757” təyyarələri ilə həyata keçiriləcək. Cari ilin payızından etibarən uçuşların sayı həftədə iki dəfəyə kimi artırılacaq.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-dən həyata keçiriləcək.

Dehlini “yeddi imperiyanın paytaxtı” adlandırırlar. Burada Şərqin nadir memarlığı, müxtəlif mədəniyyətlərin birləşməsi, diqqətəlayiq yerlər və unikal hind mətbəxi ahəng yaradır. Dehlinin müasir şəhərətrafı – Nyu Dehlidə müasir və kolonial üslubda binalar, ticarət mərkəzləri, parklar, hər zövqə uyğun əyləncə, teatrlar, möhtəşəm qədim məscidlər və türbələr cəmləşir.

Bu istiqamət üzrə aviabiletləri AZAL-ın kassalarında, rəsmi agentliklərində və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.        

Xahiş edirik əlavə məlumat üçün callcenter@azal.az elektron poçtuna müraciət edəsiniz. Yazılı müraciətləri WhatsApp vasitəsilə (+994 70) 437 40 82 nömrəsinə göndərmək mümkündür.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

27 Dek 2019

“AZAL” prezidenti və İordaniya səfiri yeni reysin açılmasını müzakirə etdilər

Ətraflı
27 Dek 2019

AZAL səmanı bütün aviaşirkətlər üçün açdı

Ətraflı
17 Dek 2019

AZAL-dan “Qış aksiyası” çərçivəsində yeni endirimli aviabiletlər

Ətraflı
16 Dek 2019

AZAL Pilotların Hazırlığı Mərkəzinin imkanlarını genişləndirəcək

Ətraflı
06 Dek 2019

4 mindən artıq ağac əkilib

Ətraflı
04 Dek 2019

Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılmışdır

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.