Heydər Əliyev Beynəlxalq Aeroportu UEFA Avropa Liqasının finalı dövründə yüksək hazırlıq səviyyəsini təsdiqləmişdir - FOTO, VİDEO

30 may 2019-cu il, Bakı – “Azərbaycan Hava Yolları” (AZAL) bildirir ki, bütün mülki aviasiya strukturları UEFA Avropa Liqasının finalının keçirildiyi dövrdə ölkəyə gələn qonaqlara və idmançılara yüksək səviyyəli xidmət göstərilməsini təmin etmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu il may ayının 27-dən 30-dək ümumilikdə təxminən 600 reysə xidmət göstərmişdir. Onlardan 57-si çarter reysləri, 10-u isə “FlyDubai”, “AirArabia”, “SCAT”, “IsrAir”, “Jazeera” və s. kimi aviaşirkətlərin əlavə müntəzəm uçuşlarının payına düşmüşdür.

Azərbaycanın əsas hava limanının sərnişin axını Bakıda Avropa Liqası finalının keçirildiyi dövrdə ümumilikdə təxminən 60 min nəfər təşkil etmişdir.

Sərnişin axını və uçuş-eniş əməliyyatları üzrə hava limanının infrastrukturunda yüklənmənin pik vaxtının 30 may tarixində müşahidə edilməsi gözlənilir. Gün ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 164 reysə və 18 mindən çox sərnişinə xidmət göstərəcək.

Paytaxtın hava limanından mayın 30-da rekord sayda - 100-dən çox təyyarə uçuş həyata keçirəcək.

Reyslərin çoxu London-Bakı-London marşrutu üzrə həyata keçirilmişdir. Həmçinin Frankfurt, Vyana, Buxarest, Madrid, Nitsa, Afina, Stokholm, Doha və bir sıra digər şəhərlərdən nümayəndə heyətləri, pərəstişkarlar və azarkeşlər gəlmişdirlər.

Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək təhlükəsizlik səviyyəsi və mükəmməl xidmət keyfiyyətini təmin etmiş, aeroportun bütün strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportu bu günlərdə hava limanı üçün yeni olan aviaşirkətlərin – “Enter Air”, “Blue Panorama Airlines”, “Maleth Aero Aoc Limited”, “Hifly Airlines”, “WamosAir”, “Getjet Airlines” və digər çarter aviaşirkətlərinin təyyarələrini qarşılamışdır. Onlar arasında Londondan göyərtəsində təxminən 500 sərnişin ilə gələn “Hi-Fly” aviaşirkətinə məxsus ən böyük sərnişin təyyarəsi “Airbus A380” olmuşdur.

Heydər Əliyev Beynəlxalq Aeroportunda yüksək hava hərəkəti aktivliyini aşağıdakı qısa videoda izləmək mümkündür:

 

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti

Son xəbərlər

19 İyn 2019

Cenevrədə "CANSO 2020: BAKU" tədbirinin rəsmi təqdimatı keçirilmişdir – VİDEO

Ətraflı
12 İyn 2019

Azərbaycan aeroportlarının sərnişin dövriyyəsi ilk beş ay ərzində 1,85 milyon nəfər təşkil etmişdir

Ətraflı
11 İyn 2019

“Azərbaycan Hava Yolları” Bakıdan Dehliyə aviareyslər yerinə yetirəcək

Ətraflı
30 May 2019

Heydər Əliyev Beynəlxalq Aeroportu UEFA Avropa Liqasının finalı dövründə yüksək hazırlıq səviyyəsini təsdiqləmişdir - FOTO, VİDEO

Ətraflı
21 May 2019

AZAL prezidenti və Misirin Azərbaycandakı səfiri yeni aviareyslərin açılmasını müzakirə etmişdirlər

Ətraflı
16 May 2019

Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıda UEFA Avropa Liqası Finalının keçiriləcəyi dövr üçün xüsusi tədbirlər planı hazırlamışdır

Ətraflı