Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıda UEFA Avropa Liqası Finalının keçiriləcəyi dövr üçün xüsusi tədbirlər planı hazırlamışdır

16 may 2019-cu il, Bakı – Bakıda UEFA Avropa Liqası Finalının keçiriləcəyi dövr üçün Heydər Əliyev Beynəlxalq Aeroportu çox sayda təyyarə və sərnişinləri qəbul etmək məqsədilə xüsusi tədbirlər planı hazırlamışdır. Bakının hava limanının bütün xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Heydər Əliyev Beynəlxalq Aeroportunun buraxılış qabiliyyəti saatda 10 min sərnişin təşkil edir və bununla da əlaqədar olaraq, heç bir aviaşirkətə müntəzəm və çarter reyslərini yerinə yetirməyə rədd cavabı verilməyəcək.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu artıq mayın 28-də və 29-da çarter reyslərinin yerinə yetirilməsi üçün 45-dən artıq müraciəti təsdiqləmişdir. Bura həmçinin 16 biznes aviasiya reysi daxildir, 2 aviareys ilə futbol komandaları və 10 reys ilə klubların fanatları gətiriləcək. Həmçinin “Türk Hava Yolları”, “Air Arabia”, “Fly Dubai”, “ISRair”, “Jazeera Airways” və s. kimi xarici aviaşirkətlər əlavə uçuşlar yerinə yetirmək üçün müraciət etmişdirlər.

Finalın keçiriləcəyi dövrdə Heydər Əliyev Beynəlxalq Aeroportunda bütün reyslərin maneəsiz yerinə yetirilməsi və terminaldan çox sayda sərnişinin rahat keçməsi üçün bütün şərait yaradılacaq.

Qeyd edək ki, Bakının hava limanı artıq böyük beynəlxalq tədbirlərin, o cümlədən İlk Avropa Oyunları, Formula 1, İslam Həmrəyliyi Oyunları və s. kimi idman tədbirlərinin keçirilməsində geniş təcrübəyə malikdir.

 

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti

Son xəbərlər

18 Mar 2020

“Azərbaycan Hava Yolları” “AZAL-Miles” proqramının iştirakçılarına bonus xallarının etibarlılıq müddətini uzadacaq

Ətraflı
13 Mar 2020

Azərbaycanın Milli aviadaşıyıcısı bütün istiqamətlər üzrə biletləri dəyişməyə hazırdır

Ətraflı
03 Mar 2020

AZAL is taking special measures to prevent the spread of coronavirus (VIDEO)

Ətraflı
27 Fev 2020

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır

Ətraflı
25 Fev 2020

“Azərbaycan Hava Yolları” sərnişinlərə xidmət sahəsində yeni “Amadeus” texnologiyalarına keçid etmişdir

Ətraflı
24 Fev 2020

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətinin məlumatı

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.