“Azerbaijan Airlines” bort jurnalı nüfuzlu “Milli İrs” mükafatına layiq görülmüşdür

23 aprel 2019-cu il, Bakı – “Azərbaycan Hava Yolları”nın bort jurnalı (Azerbaijan Airlines In-Flight Magazine) Azərbaycanın mədəni irsinin təbliği işində xidmətlərinə görə  Azərbaycan Mədəniyyət Nazirliyinin “Milli İrs” mükafatı ilə təltif olunmuşdur.

Mükafat “IRS Publishing House” nəşriyyatı tərəfindən hazırlanmış “İrs” silsiləsindən olan “Daş keşikçilər” kitabının təqdimat mərasimində təqdim olunmuş və Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr edilmişdir.

“Azerbaijan Airlines” bort jurnalı 2007-ci ildən işıq üzü görür. Bu müddət ərzində nəşrdə yerli və xarici oxucuları Azərbaycanın tarixi, mədəniyyəti, ənənələri və diqqətəlayiq yerləri ilə tanış edən yüzlərlə materiallar dərc edilmişdir. İki aydan bir dövriliklə buraxılan nəşr AZAL aviaşirkətinin bütün daxili və beynəlxalq reyslərində pulsuz paylanılır. 

“Azerbaijan Airlines” bort jurnalı ötən ilin dekabrında Peşəkar Fotoqraflar Beynəlxalq Gildiyasının nüfuzlu “Rusiyanın Qızıl Peqası” mükafatına layiq görülmüşdür.

 

 “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

12 Sen 2019

“Azərbaycan Hava Yolları” təyyarə bələdçisi vəzifəsinə qəbul elan edir

Ətraflı
06 Sen 2019

Azərbaycan Avropa üçün tranzit hava axınlarının əlaqələndirici qovşağına çevrilmişdir

Ətraflı
09 Avq 2019

İlin əvvəlindən Azərbaycanda 3 milyondan çox aviasərnişinə xidmət göstərilmişdir

Ətraflı
02 Avq 2019

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” QSC-nin Prezidenti Cahangir Əsgərov Naxçıvan Hava Limanında ikinci uçuş-enmə zolağının tikintisinin gedişi ilə tanış olmuşlar

Ətraflı
09 İyl 2019

2019-cu ilin birinci yarısında Azərbaycanın beynəlxalq hava limanları 2,4 milyon sərnişinə xidmət göstərmişdir

Ətraflı
04 İyl 2019

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır

Ətraflı