AZAL prezidenti Quançjouda ən böyük “Canton Fair” sərgisinin açılışında iştirak etmişdir

18 aprel 2019-cu il, Bakı – Quançjounun Ticarət-Sənaye Palatasının (TSP) dəvəti ilə AZAL prezidenti Cahangir Əsgərov Quançjou (Çin) şəhərində keçirilən “Canton Fair” ticarət-sənaye sərgisinin açılışında iştirak etmişdir.

1957-ci ildə əsası qoyulan “Canton Fair” sərgisi (həmçinin Çin idxal və ixrac malları yarmarkası kimi tanınır) dünyaca məşhur çoxprofilli sərgidir. Bu sərgini həmçinin Çin sənayesinin əsas vitrini adlandırırlar.

O, ildə iki dəfə - yazda və payızda keçirilir. Bu il sayca 125-ci yarmarka aprelin 15-dən mayın 5-dək keçirilir və onun sərgi pavilyonlarının ümumi sahəsi 1200000 kvadrat metr təşkil edir.

Bütün dünyadan və demək olar ki, Çinin bütün əyalət və şəhərlərindən olan istehsalçılar və tədarükçülər yüz min adda məhsul təqdim edirlər. Bu sərgidə ümumilikdə 25 mindən çox şirkət iştirak edir.

“Canton Fair” sərgisində bütün çin ixracının illik həcminin onda bir hissəsini təşkil edən sövdələşmələrin ən böyük həcmi və dövriyyəsi həyata keçirilir.                                                                                             

“Canton Fair” sərgisi Azərbaycandan da olmaqla getdikcə daha çox sayda sahibkarları cəlb edir.

“Sürətlə böyüyən Çin bazarı Azərbaycan sahibkarları üçün çox cəlbedicidir. Bununla əlaqədar olaraq, biz gələcəkdə Çini daha əlçətan etməyi və bu ölkəyə yeni reyslər açmağı planlaşdırırıq”, – deyə Cahangir Əsgərov bildirmişdir.

Hazırda Azərbaycanın Milli aviadaşıyıcısı AZAL Pekinə birbaşa uçuşlar, “Silk Way” yük aviaşirkəti isə Çinin Çjençjou və Şanxay şəhərlərinə birbaşa reyslər yerinə yetirir.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

12 Noy 2019

Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunmuşdur

Ətraflı
07 Noy 2019

AZAL prezidenti Cahangir Əsgərov uçuş heyətinin yığıncağını həyata keçirmişdir

Ətraflı
23 Okt 2019

AZAL “Payız endirimləri” adlı aksiya elan edir

Ətraflı
14 Okt 2019

Azərbaycan Milli Aviasiya Akademiyası mexanik və avioniklərin hazırlığı üzrə yeni kurslar açır

Ətraflı
11 Okt 2019

"Azərbaycan Hava Yolları" iPhone və Android smartfonları üçün mobil əlavəni təqdim etdi

Ətraflı
10 Okt 2019

Bakıda AZANS-ın dəstəyi ilə “Digital Transformation Day” konfransı keçirilmişdir

Ətraflı