AZAL prezidenti Batumi şəhərinin meri ilə görüşmüşdür

12 aprel, 2019, Bakı – Batumi şəhərinin meri Laşa Komaxidze Bakıda işgüzar səfərdədir.

Mer səfər çərçivəsində aprelin 12-də AZAL prezidenti Cahangir Əsgərovla görüşmüşdür.

Gürcüstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Zurab Pataradzenin iştirakı ilə keçirilən görüşdə tərəflər bu ilin 14 iyun tarixindən etibarən Azərbaycanın loukosteri “Buta Airways” tərəfindən birbaşa müntəzəm reyslərin açılacağından məmnunluq ifadə etmişdirlər.

Cahangir Əsgərovun sözlərinə əsasən, Bakı-Batumi marşrutu üzrə uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri həyata keçiriləcək. Batumi loukosterin Gürcüstanda ikinci istiqaməti olacaq, belə ki, paytaxt Tbilisiyə də gündəlik uçuşlar həyata keçirilir.

Cahangir Əsgərov bildirmişdir ki, bundan başqa, AZAL aviaşirkəti də Tbilisiyə birbaşa reyslər həyata keçirir. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında uçuşların sayının artması işgüzar dairələrin əlaqələrini, turist axınını artıracaq, ümumiyyətlə, regionlararası əməkdaşlığın inkişafına töhfə verəcəkdir.

Öz növbəsində, Laşa Komaxidze Azərbaycanın mülki aviasiya sahəsində nailiyyətlərini yüksək qiymətləndirmişdir. Batumi şəhərinin meri qeyd etmişdir ki, Azərbaycan və Gürcüstan bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində strateji tərəfdaşdırlar.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

25 Apr 2019

Heydər Əliyev Beynəlxalq Hava Limanı “Sky Travel Awards” versiyası üzrə ən yaxşı aeroport seçilmişdir

Ətraflı
23 Apr 2019

“Azerbaijan Airlines” bort jurnalı nüfuzlu “Milli İrs” mükafatına layiq görülmüşdür

Ətraflı
22 Apr 2019

AZAL-ın prezidenti ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşmüşdür

Ətraflı
19 Apr 2019

AZAL və “PASHA Travel” Səudiyyə Ərəbistanının üç şəhərinə çarter reyslərinin yerinə yetirilməsi barədə razılığa gəlmişdir

Ətraflı
19 Apr 2019

AZAL Almatıda yeni müntəzəm aviareysin təqdimatını keçirmişdir

Ətraflı
18 Apr 2019

AZAL prezidenti Quançjouda ən böyük “Canton Fair” sərgisinin açılışında iştirak etmişdir

Ətraflı