Bakıdan Ciddə istiqamətində müntəzəm reyslərə aviabiletlər satışa buraxılmışdır

29 mart 2019-cu il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları”nın (AZAL) www.azal.az saytında Bakı-Ciddə-Bakı (Kral Əbdüləziz Beynəlxalq Aeroportu - JED) istiqamətində reyslərə aviabiletlər satışa buraxılmışdır. 

Birbaşa uçuşlar aviaşirkətinin yay uçuş cədvəli çərçivəsində iyunun 10-dan etibarən həftədə 1 dəfə - bazar ertəsi günləri “Airbus A320” təyyarələri ilə həyata keçiriləcək. Reysin qış uçuş cədvəli çərçivəsində də davam etdirilməsi planlaşdırılır. Qış uçuş cədvəli aviaşirkətin saytında dərc olunacaq.    

Bakı və Ciddə arasındakı müntəzəm reyslər Yaxın Şərqdən əlavə turist axınını cəlb etməyə imkan verəcək, müqəddəs ziyarətgahları daha əlçatan edəcək, həmçinin iki ölkə arasında işgüzar münasibətləri dərinləşdirəcək.

Bu istiqamət üzrə aviabiletləri həmçinin AZAL-ın kassalarında və aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. Sözügedən reyslərdə sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat www.miles.azal.az internet saytında verilmişdir. 

Aviabiletlərin alınması ilə əlaqədar və ətraflı məlumat üçün AZAL aviaşirkətinin Çağrı Mərkəzinə callcenter@azal.az email ünvanı və ya saytdakı əlaqə forması https://www.azal.az/az/webform/contact-us vasitəsilə müraciət etmək mümkündür.

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

Son xəbərlər

25 Apr 2019

Heydər Əliyev Beynəlxalq Hava Limanı “Sky Travel Awards” versiyası üzrə ən yaxşı aeroport seçilmişdir

Ətraflı
23 Apr 2019

“Azerbaijan Airlines” bort jurnalı nüfuzlu “Milli İrs” mükafatına layiq görülmüşdür

Ətraflı
22 Apr 2019

AZAL-ın prezidenti ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşmüşdür

Ətraflı
19 Apr 2019

AZAL və “PASHA Travel” Səudiyyə Ərəbistanının üç şəhərinə çarter reyslərinin yerinə yetirilməsi barədə razılığa gəlmişdir

Ətraflı
19 Apr 2019

AZAL Almatıda yeni müntəzəm aviareysin təqdimatını keçirmişdir

Ətraflı
18 Apr 2019

AZAL prezidenti Quançjouda ən böyük “Canton Fair” sərgisinin açılışında iştirak etmişdir

Ətraflı