Cahangir Əsgərov: Boeing 737 MAX-8 təyyarələrinin qəzaya uğraması ilə əlaqədar AZAL Boeing korporasiyası ilə sıx əlaqə saxlayır

12 mart 2019-cu il, Bakı –  Boeing-737 MAX-8 təyyarəsinin Efiopiyada qəzaya uğramasının təhqiqatı  ilə əlaqədar Azərbaycan Respublikasının milli aviadaşıyıcısı Boeing korporasiyası ilə sıx əlaqə saxlayır.

“AZAL”ın prezidenti Cahangir Əsgərov jurnalistlərin çoxsaylı suallarına cavab olaraq bildirmişdir ki, “Boeing 737 MAX-8 hava gəmiləri ilə baş verən iki aviasiya qəzasının təhlili nəticəsində bir çox oxşar məqamlar müəyyən edilmişdir –  hər iki təyyarə uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hadisələrin səbəblərinin ilkin versiyası – laynerlərin proqram təminatında ehtimal olunan nasazlıqdır”.

Onun sözlərinə görə, AZAL aviaşirkəti ilə Boeing korporasiyası arasında imzalanmış sazişə əsasən, bu ilin sonundan etibarən Azərbaycana üç il ərzində ümumilikdə 10 ədəd Boeing 737 MAX-8 tipli təyyərə gətiriləcəkdir.

"Biz Boeing korporasiyasında çalışan amerikalı mütəxəssislərlə bu məsələ ilə bağlı sıx əməkdaşlıq edirik. Yeni təyyarənin proqram təminatında hər hansı qüsur aşkar edildikdə, həmin qüsurlar  ölkəmizə çatdırılma zamanı tamamilə aradan qaldırılacaqdır. Bu məsələ bizim daimi nəzarətimiz altında olacaq" – deyə  Cahangir Əsgərov bildirmişdir.

Xatırladaq ki, 29 oktyabr 2018-ci il tarixdə və cari ilin 10 mart tarixində bu tip iki təyyarə qəzaya uğramışdır. Bir sıra aviaşirkətlər hadisənin təhqiqatının nəticələri müəyyən edilməyənədək Boeing 737 MAX-8 tipli təyyərələrin istismarını müvəqqəti dayandırdıqlarını bildirmişlər.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

09 İyl 2020

"Azərbaycan Hava Yolları" Berlinə xüsusi reyslər həyata keçirəcək

Ətraflı
08 İyl 2020

AZAL və “Belavia” Bakı-Minsk marşrutu üzrə kod-şerinq reyslərini həyata keçirəcək

Ətraflı
07 İyl 2020

AZAL Bakı və İstanbul arasında uçuşların sayını həftədə 4 reysədək artıracaq

Ətraflı
07 İyl 2020

AZAL Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərə aviabilet satışına başlayır

Ətraflı
07 İyl 2020

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin məlumatı

Ətraflı
07 İyl 2020

Bu həftə AZAL İstanbula daha bir xüsusi reys yerinə yetirəcək

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.