AZAL-dan yeni aksiya: Bakı-İstanbul-Bakı cəmi 169 avroya

30 yanvar 2019-cu il, Bakı – “Azərbaycan Hava Yolları” (AZAL) Bakı-İstanbul-Bakı istiqaməti üzrə aviareyslərdə yeni aksiya barədə elan edir.                     

2019-cu il 25 fevral tarixinə kimi qeyd olunan istiqamət üzrə reyslərə aviabilet aldıqda qiymət 169 avro, əks istiqamətdə (İstanbul-Bakı-İstanbul) isə 189 dollar təşkil edəcək. Aksiya çərçivəsində uçuş tarixləri: 2019-cu il fevralın 1-dən 28-ə kimi. Qeyd edək ki, endirimli qiymətlərə aviabiletlərin sayı məhduddur.

Aviabiletin qiymətinə baqajın (23 kq-a kimi 1 yer), əl yükünün (10 kq-a kimi, 55*40*23 sm ölçülərdə) pulsuz daşınması və təyyarədə isti yemək daxildir.

İstanbul Türkiyənin ən iri şəhəri və limanıdır. Şəhər dünyanın ən məşhur turizm istiqamətlərindən biri sayılır. İstanbul müasir binaların və qədim memarlığın çox gözəl uzlaşdığı böyük meqapolisdir. Bu isə öz növbəsində yalnız burada rast gəlinən həmin bənzərsiz koloriti yaradır. İstanbul bütün dünyadan turistlər və iş adamlarının toplaşdığı böyük ticarət limanıdır.

Endirimli aviabiletləri uçuşa ən azı 72 saat qalmış AZAL-ın kassalarında, habelə www.azal.az saytında və aviaşirkətin rəsmi agentliklərində əldə etmək olar.

Aksiya çərçivəsində sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

AZAL Miles bonus proqramı barədə ətraflı məlumat aviaşirkətin www.miles.azal.az saytında təqdim edilmişdir. Proqram iştirakçısı olmayan şəxslərə http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az keçidi vasitəsilə qeydiyyatdan keçməyi təklif edirik.

Aviabiletlərin alınması ilə əlaqədar və ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri ilə müraciət edilməlidir:

(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)

E-mail: callcenter@azal.az

AZAL Miles bonus proqramına dair sualları azalmiles@azal.az ünvanına, yaxud  www.azal.az saytında doldurulan  əlaqə forması vasitəsilə göndərə bilərsiniz.

 

Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

14 Okt 2019

Azərbaycan Milli Aviasiya Akademiyası mexanik və avioniklərin hazırlığı üzrə yeni kurslar açır

Ətraflı
11 Okt 2019

"Azərbaycan Hava Yolları" iPhone və Android smartfonları üçün mobil əlavəni təqdim etdi

Ətraflı
10 Okt 2019

Bakıda AZANS-ın dəstəyi ilə “Digital Transformation Day” konfransı keçirilmişdir

Ətraflı
09 Okt 2019

Heydər Əliyev Beynəlxalq Aeroportunda pilotsuz uçuş aparatlarının hərəkətinin idarəedilməsi mərkəzi yaradılır

Ətraflı
03 Okt 2019

ICAO Azərbaycanın mülki aviasiya sahəsində uğurlarını vurğulamışdır

Ətraflı
19 Sen 2019

Bakıda AZAL-ın dəstəyi ilə “E-Commerce & Travel – 2019” adlı geniş konfrans keçirilmişdir

Ətraflı