AZAL-ın Bakı-Cenevrə-Bakı aviareysinin cədvəli yenilənmişdir

24 yanvar 2019-cu il, Bakı – Fevralın 5-dən etibarən AZAL-ın Bakıdan Cenevrəyə J2-5009/J2-5010 reysləri yenilənmiş uçuş cədvəli üzrə həftədə iki dəfə yerinə yetiriləcək.

Həmin tarixdən etibarən hər çərşənbə axşamı Bakıdan uçuş yerli vaxtla səhər saat 07:00-da, Cenevrəyə eniş yerli vaxtla saat 09:00-da həyata keçiriləcək. Cenevrədən uçuş yerli vaxtla səhər saat 10:00-da, Bakıya eniş yerli vaxtla saat 17:45-də həyata keçiriləcək.

Cümə günləri isə Bakıdan uçuş yerli vaxtla saat 06:30-da, Cenevrəyə eniş yerli vaxtla saat 08:25-də; Cenevrədən uçuş yerli vaxtla saat 09:25-də, Bakıya eniş yerli vaxtla saat 17:10-da yerinə yetiriləcək.  

AZAL-ın reysləri baqajın və əl yükünün pulsuz daşınması və bort qidalanmanın da daxil olduğu klassik daşıma sxemi üzrə birgə çarter proqramı çərçivəsində üç xidmət sinfi - VIP Club, Business Class və ekonom sinfində təkmilləşdirilmiş komfortlu oturacaqlara malik “Airbus A319” təyyarələri ilə yerinə yetirilir.     

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 1-dən həyata keçirilir.

Cenevrə böyüklüyünə və əhalisinin sayına görə İsveçrənin ikinci şəhəridir. Şəhər Yura və Alp dağları arasında yerləşir və eyniadlı kantonun inzibati mərkəzidir. Şəhərin incisi onun gözəl sahilə malik olan və ətrafında dəbdəbəli otellər yerləşən Leman gölüdür. Bu gün dünyanın maliyyə, siyasi və elm mərkəzi olan Cenevrə həmçinin İsveçrə və Fransanın dağ-xizək kurortlarına səyahət üçün yola düşmə məntəqəsidir.

Aviabiletləri AZAL-ın kassalarında, rəsmi agentliklərində və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.        

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)

E-mail: callcenter@azal.az

WhatsApp: (+99450) 437-40-82 (yalnız yazılı müraciətlər, bu nömrə zəngləri qəbul etmir)

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

06 Avq 2020

Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək

Ətraflı
03 Avq 2020

AZAL İstanbul istiqamətində reyslərin sayını yenidən artırır

Ətraflı
28 İyl 2020

Bakıda pandemiya şəraitində aviasiya və turizm sahələrinin əməkdaşlığı müzakirə olunmuşdur

Ətraflı
25 İyl 2020

AZAL oktyabr ayının sonunadək İstanbul, Berlin və Londona xüsusi reyslər həyata keçirməyə davam edəcək

Ətraflı
20 İyl 2020

AZAL hər gün İstanbula uçuşlar həyata keçirəcək

Ətraflı
13 İyl 2020

AZAL Kubalı həkimləri Bakıya çatdırdı (FOTO)

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.