2018-ci ildə Azərbaycanın hava məkanından rekord sayda təyyarə istifadə etmişdir

26 dekabr 2018-ci il, Bakı – “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) 2018-ci il üzrə statistik məlumatlarına əsasən, Azərbaycanın hava məkanından ümumilikdə 150 min reys istifadə etmişdir. Onlardan 95 mini tranzit reyslərin payına düşür. 

Bu göstərici AZANS-ın bütün fəaliyyəti dövründə ən rekord göstərici olmuşdur. Sutka ərzində rekord say 500 reys təşkil etmişdir.

Həmin reyslərlə ümumilikdə 26 milyon sərnişin daşınmışdır. 6 min aviareys ən iri “Airbus A380” sərnişin laynerləri vasitəsilə yerinə yetirilmişdir.

Hava hərəkəti üzrə statistik məlumatlar 2017-ci ilin göstəricilərindən 7,5 dəfə çoxdur. Bu ilin fevralında Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində Azərbaycan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) açılması ölkəmiz vasitəsilə tranzit axınını xeyli artırmağa imkan vermişdir.

“Rekord göstəricilərə nail olmaq Azərbaycan Prezidenti cənab İlham Əliyevin mülki aviasiyaya göstərdiyi daimi diqqəti və dəstəyi sayəsində mümkün olmuşdur. Azərbaycanın hava məkanının Avropa üçün önəmi daha da artır və daha çox aviaşirkət tranzit dəhlizi kimi ölkəmizi seçir. Yüksək keyfiyyət, davamlılıq və təhlükəsizlik 2018-ci ildə davamlı inkişafımızın əsas tərkib hissəsi olmuşdur”, - AZAL-ın Prezidenti Cahangir Əsgərov bildirmişdir.

Azərbaycanda aeronaviqasiya sahəsinin uğurlu və dinamik inkişafı Bakıya 2020-ci ildə CANSO "Global ATM Summit" aviasiya sammitinin keçirilməsi üzrə müsabiqəni qazanmağa imkan vermişdir. Bakının namizədliyi Banqkokda İcraiyyə Komitəsinin (FAA (ABŞ), Kanada, Almaniya, Çexiya, Argentinanın aeronaviqasiya sistemləri, Sinqapur, Tanzaniya, Böyük Britaniya və Səudiyyə Ərəbistanının mülki aviasiya administrasiyalarının rəhbərlərindən ibarətdir) iclasında yekdilliklə seçilmişdir. Daha sonra CANSO-nun baş məclisi zamanı Bakının namizədliyinin lehinə 70-dən çox ölkə səs vermişdir.

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

Son xəbərlər

12 Noy 2019

Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunmuşdur

Ətraflı
07 Noy 2019

AZAL prezidenti Cahangir Əsgərov uçuş heyətinin yığıncağını həyata keçirmişdir

Ətraflı
23 Okt 2019

AZAL “Payız endirimləri” adlı aksiya elan edir

Ətraflı
14 Okt 2019

Azərbaycan Milli Aviasiya Akademiyası mexanik və avioniklərin hazırlığı üzrə yeni kurslar açır

Ətraflı
11 Okt 2019

"Azərbaycan Hava Yolları" iPhone və Android smartfonları üçün mobil əlavəni təqdim etdi

Ətraflı
10 Okt 2019

Bakıda AZANS-ın dəstəyi ilə “Digital Transformation Day” konfransı keçirilmişdir

Ətraflı