“Azərbaycan Hava Yolları”nda (AZAL) təyyarə bələdçisi işləmək istəyən xanımların nəzərinə!

14 dekabr 2018-ci il, Bakı – "Azərbaycan Hava Yolları" xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir. Sənəd qəbulu 2018-ci il dekabrın 17-dən 2019-cu il yanvarın 17-dək saat 10.00-dan 12.00-a kimi aparılacaq.

Namizədlər müsabiqə yolu ilə seçiləcəklər.

Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan, mütləq qaydada azərbaycan, rus və inglis dillərində sərbəst danışan xoş görünüşlü xanımlar iştirak edə bilər. Digər xarici dilləri bilmək arzuolunandır. 

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur:

- şəxsiyyət vəsiqəsi;                   

- bir fotoşəkil (3х4);             

- xarici pasport;

- diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa).

Bütün sənədlər Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azərbaycan Hava Yolları”nın (AZAL) Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır.

Əlaqə telefonları: 497-26-00 (daxili 24-04; 32-81; 20-74)

 

"Azərbaycan Hava Yolları"nın mətbuat xidməti

Son xəbərlər

01 İyl 2020

AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək

Ətraflı
01 İyl 2020

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin məlumatı

Ətraflı
26 İyn 2020

AZAL-ın saytında Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə aviabilet satışı başlanmışdır

Ətraflı
19 İyn 2020

AZAL: təyyarə salonuna yalnız qadın çantasının və ya kişi portfelinin götürülməsinə icazə verilir

Ətraflı
19 İyn 2020

İyunun 20-də AZAL Naxçıvana iki əlavə reys yerinə yetirəcək.

Ətraflı
18 İyn 2020

AZAL Naxçıvana müntəzəm reysləri bərpa edir (FOTO, VİDEO)

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.