Bakıdan Pekinə və əks istiqamət üzrə uçuşlarda “AZAL”ın yeni aksiyası

12 noyabr 2018-ci il, Bakı – «Azərbaycan Hava Yolları» (AZAL) Bakıdan Pekinə və əks istiqamətdə uçuşlar üzrə yeni aksiya barədə elan edir.

2018-ci il dekabrın 1-dən  2019-cu il martın 26-dək yerinə yetirilən  uçuşlarda ekonom-sinif üzrə aviabiletin tam dəyəri:

 

Bakı-Pekin-Bakı  marşrutu üzrə - 399 avro

Pekin-Bakı-Pekin marşrutu üzrə - 450 ABŞ dolları təşkil edəcək .

 

Qiymətlər bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilmişdir.

Qeyd edək ki, endirimli qiymətlərlə təqdim edilən aviabiletlərin sayı məhduddur .  Aviabiletin dəyərinə pulsuz baqaj (23 kq-dək 1 yer), əl yükü (10 kq-dək, 55*40*23 sm-dək ölçüdə) və hava gəmisində isti yemək daxildir.

Endirimli qiymətlərlə aviabiletləri  www.azal.az saytında , həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. Balların avtomatik hesablanması məqsədilə,  aviabilet alarkən müvafiq qrafada AZAL Miles proqramında iştirakçı nömrənizi qeyd etməlisiniz.

AZAL Miles bonus proqramı barədə ətraflı məlumat Aviaşirkətin www.miles.azal.az  saytında təqdim edilmişdir. Proqram iştirakçısı olmayan şəxslərə http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az keçidi vasitəsilə qeydiyyatdan keçməyi təklif edirik.

Aviabiletlərin alınması ilə əlaqədar və ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri ilə müraciət edilməlidir:

(+99412) 598-88-80; Azərbaycandan zənglər üçün qısa nömrə: *8880.

Elektron poçt: callcenter@azal.az

AZAL Miles bonus proqramına dair sualları azalmiles@azal.az ünvanına, yaxud  www.azal.az saytında doldurulan  əlaqə forması vasitəsilə göndərə bilərsiniz.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

22 Apr 2019

AZAL-ın prezidenti ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşmüşdür

Ətraflı
19 Apr 2019

AZAL və “PASHA Travel” Səudiyyə Ərəbistanının üç şəhərinə çarter reyslərinin yerinə yetirilməsi barədə razılığa gəlmişdir

Ətraflı
19 Apr 2019

AZAL Almatıda yeni müntəzəm aviareysin təqdimatını keçirmişdir

Ətraflı
18 Apr 2019

AZAL prezidenti Quançjouda ən böyük “Canton Fair” sərgisinin açılışında iştirak etmişdir

Ətraflı
15 Apr 2019

Azərbaycanın milli aviadaşıyıcısı Ər-Riyadda Səudiyyə Ərəbistanına yeni istiqamətləri təqdim etmişdir

Ətraflı
12 Apr 2019

AZAL prezidenti Batumi şəhərinin meri ilə görüşmüşdür

Ətraflı