Azərbaycan Avropa səmasında təhlükəsizliyin qarantıdır

29 oktyabr 2018-ci il, Bakı – Brüsseldə “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin də iştirak etdiyi Avropa ölkələrinin aeronaviqasiya qurumlarının rəhbərlərinin görüşü keçirilmişdir.

Görüşün nəticələrinə əsasən, AZANS Avropa Aeronaviqasiya Təşkilatlarının Direktorları Komitəsinə üzv seçilmişdir.

Sözügedən Komitə İngiltərə, Almaniya, Belçika, Avstriya, İtaliya və digər iri Avropa ölkələrinin aeronaviqasiya qurumlarının baş direktorlarını bir araya gətirir. Komitə həmçinin Avropa İttifaqı, “Eurocontrol”, “SESAR” HHT inkişaf proqramı, Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyi (EASA), İCAO və CANSO qarşısında Avropanın aeronaviqasiya qurumlarının mövqeyini müdafiə etmək, strategiyaların işlənib hazırlanması, qərarların qəbul edilməsi və tələblərin irəli sürülməsi üzrə rəhbər orqandır.

“Eurocontrol”-un məruzəsinə əsasən, Avropa hava məkanında hava axınının əhəmiyyətli artımı gözlənilir. 2018-ci ildə 11 milyon illk uçuş ilə müqayisədə bu göstərici 2040-cı ilə 16,2 milyon təşkil edəcək. Belə böyük axınının tənzimlənməsi üçün Avropa təşkilatları hava məkanının buraxılış qabiliyyətinin artırılması üzrə harmonizasiya edilmiş tədbirlər planının işlənib hazırlanması, hava hərəkətinin idarə olunmasının avtomatlaşdırılması üzrə müasir texnologiyaların tətbiqi, HHİ dispetçerlərinin tələb olunan sayının təmin olunmasına başlanılmasını tövsiyə edirlər.

Ölkənin strateji mövqeyi və aeronaviqasiya təminatının müasir səviyyəsi sayəsində, Azərbaycanın hava məkanının Avropa üçün önəmi daha da artır. Azərbaycan vasitəsilə hava axınlarının artımı 2018-ci ildə 9 faiz təşkil etmişdir, halbuki Avropada illik artım orta hesabla 4 faiz təşkil edir.

Bu, ölkə üçün təkcə iqtisadi mənfəət yox, həm də strateji mənfəətdir, belə ki, AZANS Avropa səması üzərində hava trafikinin təhlükəsizliyinin qarantı kimi çıxış edir.

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

Son xəbərlər

26 İyl 2021

AZAL-ın təyyarələri Qarabağ səmasında ilk dəfə radioçağırış siqnalları alıblar

Ətraflı
17 İyl 2021

AZAL Tacikistan və Bosniya və Herseqovinaya koronavirusa qarşı peyvənd çatdıracaq

Ətraflı
09 İyl 2021

Azərbaycan aeronaviqasiyasında müasir rəqəmsal həllər tətbiq edilir

Ətraflı
07 İyl 2021

AZAL Bakıdan Təl-Əvivə uçuşların sayını artırır

Ətraflı
20 İyn 2021

AZAL Tel-Əvivə xüsusi uçuşların icrasına başlayır

Ətraflı
08 İyn 2021

AZANS yüksək beynəlxalq tələblərə sadiq olduğunu bir daha təsdiqlədi

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.