Cahangir Əsgərov “Iran Air” aviaşirkətinin rəhbəri ilə görüşmüşdür

26 oktyabr 2018-ci il, Bakı AZAL Prezidenti Cahangir Əsgərov oktyabrın 26-da Bakıda səfərdə olan “Iran Air” aviaşirkətinin rəhbəri Fərzanə Şərəfbafinin (Farzaneh Sharafbafi) başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüş zamanı tərəflər “Azərbaycan Hava Yolları” və “Iran Air” arasında əməkdaşlığın gələcək inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparmışdırlar.

Cahangir Əsgərov qonaqlara son illər Azərbaycan mülki aviasiyası sahəsində işlərin vəziyyəti barədə danışmış və Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin axınının rekord səviyyədə artdığını vurğulamışdır. Paytaxt hava limanı 2018-cu ilin doqquz ayı ərzində 3,49 milyon sərnişinə xidmət göstərmişdir (ötən ilin analoji göstəricisindən 10 faiz çox). Yeni reyslərin açılması nəzərə alınmaqla qarşıda 2020-ci ilin yekunları üzrə bu göstəricinin ildə 7 milyon nəfərə kimi artırılması kimi prioritet vəzifə dayanır.

Cahangir Əsgərovun sözlərinə görə, İran Azərbaycanla sərhəddir və cənub qonşusuna sərnişin axının artırılması üçün tam dəstək göstəriləcək.                                                 

Fərzanə Şərəfbafi Azərbaycan mülki aviasiyası sahəsində gördüyü tərəqqinin onda böyük təəssürat doğurduğunu qeyd etmişdir. Onun sözlərinə görə, iranlı turistlərin Azərbaycana marağı daima artır.

Fərzanə Şərəfbafi Bakıda aparılmış danışıqların əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirmişdir.

Görüşdə tərəflər iki ölkə arasında aviadaşımaların daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üzrə qarşılıqlı səylərin birləşdirilməsinə dair niyyətlərini bildirmişdirlər.

Qeyd edək ki, Bakı-Tehran reysi daha çox tələb olunan istiqamətlərdən biridir. AZAL-ın tərkibinə daxil olan “Buta Airways” loukosteri Tehrana hər gün, “Iran Air” aviaşirkəti isə həftədə iki dəfə uçuşlar yerinə yetirir.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

18 Mar 2020

“Azərbaycan Hava Yolları” “AZAL-Miles” proqramının iştirakçılarına bonus xallarının etibarlılıq müddətini uzadacaq

Ətraflı
13 Mar 2020

Azərbaycanın Milli aviadaşıyıcısı bütün istiqamətlər üzrə biletləri dəyişməyə hazırdır

Ətraflı
03 Mar 2020

AZAL is taking special measures to prevent the spread of coronavirus (VIDEO)

Ətraflı
27 Fev 2020

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır

Ətraflı
25 Fev 2020

“Azərbaycan Hava Yolları” sərnişinlərə xidmət sahəsində yeni “Amadeus” texnologiyalarına keçid etmişdir

Ətraflı
24 Fev 2020

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətinin məlumatı

Ətraflı

Hörmətli sərnişinlər

Nəzərinizə çatdırmaq istəyirik ki, WhatsApp xidmətimiz texniki səbəblərdən dolayı müvəqqəti olaraq işləməyəcək. Sorğunuzu bizə callcenter@azal.az e-poçt ünvanı, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə göndərə bilərsiniz:
https://help.azal.az/hc/ru/requests/new

Narahatlığa görə üzr istəyirik.