Heydər Əliyev Beynəlxalq Aeroportu doqquz ay ərzində təxminən 3,5 milyon sərnişinə xidmət göstərmişdir

11 oktyabr 2018-ci il, Bakı - 2018-ci ilin ilk doqquz ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 3,49 milyon sərnişinə xidmət göstərmişdir. Bu göstərici ötən ilin analoji göstəricisindən 10 faiz çoxdur.

“Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 1 milyon 512 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 345 min sərnişin düşmüşdür.

İlin əvvəlindən etibarən 3 milyon sərnişin (ümumi sərnişin dövriyyəsinin 86 faizi) beynəlxalq reyslərlə daşınmışdır. Beynəlxalq sərnişinlərin ümumi sayının 34 faizi AZAL-ın,  11,5 faizi  isə “Buta Airways”in payına düşmüşdür.     

Sentyabr ayında beynəlxalq sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı “FlyDubai”, “Turkish Airlines”, “Air Arabia”, “Aeroflot”, “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), “Qatar Airways”, “Utair”, “Iraqi Airways”, “Lufthansa” və “S7 Airlines” daxil olmuşdur. Onlar ümumilikdə 143 min sərnişinə xidmət göstərmişdir.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Kiyev, Şarja, Tehran , Bağdad, Tbilisi, Antalya və Tel-Əviv daxildir. Bu istiqamətlərə 247 min sərnişin uçmuşdur. 

Heydər Əliyev Beynəlxalq Aeroportunun  yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax"-ın ən yüksək 5 ulduzuna layiq görülmüşdür.

Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci il Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür.

 

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti

Son xəbərlər

09 Avq 2019

İlin əvvəlindən Azərbaycanda 3 milyondan çox aviasərnişinə xidmət göstərilmişdir

Ətraflı
02 Avq 2019

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” QSC-nin Prezidenti Cahangir Əsgərov Naxçıvan Hava Limanında ikinci uçuş-enmə zolağının tikintisinin gedişi ilə tanış olmuşlar

Ətraflı
09 İyl 2019

2019-cu ilin birinci yarısında Azərbaycanın beynəlxalq hava limanları 2,4 milyon sərnişinə xidmət göstərmişdir

Ətraflı
04 İyl 2019

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır

Ətraflı
03 İyl 2019

AZAL Bakıda İATA ilə birgə beynəlxalq “Aviation Day Azerbaijan” tədbirini həyata keçirmişdir

Ətraflı
20 İyn 2019

AZAL prezidenti Cahangir Əsgərov “Paris Air Show 2019” aviasalonunun işində iştirak etmişdir (FOTO)

Ətraflı