AZAL və “HungaroControl” hava hərəkətini idarəetmə sahəsində əməkdaşlıq edəcəklər

9 oktyabr 2018-ci il, Bakı – Oktyabrın 9-da “HungaroControl”-un icraçı direktoru Kornel Szepeşinin (Kornél Szepessy) başçılıq etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlmişdir.

Azərbaycanda aeronaviqasiya sisteminin fəal inkişafı və innovasiya texnologiyalarının tətbiqini müşahidə edən Avropanın aeronaviqasiya xidməti strukturları AZAL-ın nəzdindəki “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) ilə əməkdaşlığa maraq göstərirlər.

Qonaqlar yeni Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzi (ASEC) və “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsini (AZANS) ziyarət etmişdirlər.                                                

Səfər zamanı aşağıda sadalanan sahələrdə gələcək əməkdaşlıq məqsədilə bir sıra məsələlər müzakirə olunmuşdur:

- HHİ qüllələri üçün konseptual həllərin işlənib hazırlanması; 

- hava məkanının modelləşdirilməsi;

- aeronaviqasiya xidməti personalının təlimi;

- pilotsuz sistemlərin hərəkətinin idarə edilməsi sahəsində tədqiqatlar;

- aeronaviqasiya sahəsində elmi-tədqiqat işləri.

Müzakirələrin yekunlarına əsasən AZANS HHİ-nin Direktoru Fərxan Quliyev və “HungaroControl”-un icraçı direktoru Kornel Szepeşi əməkdaşlıq haqqında Memorandum imzalamışdırlar.

Qeyd edək ki, Macarıstanın aeronaviqasiya xidmətləri təchizatçısı “Hungarocontrol” Macarıstanın hava məkanında və NATO-nun tapşırığı ilə Kosovo yuxarı hava məkanında aeronaviqasiya xidmətini təmin edir, həmçinin hava hərəkətinin idarə edilməsi üzrə heyət təlimləri keçirir və aeronaviqasiya sahəsindəki yenilikləri tədqiq edir.

“Azərbaycan Hava Yolları” QSC-nin struktur bölməsi olan “Azəraeronaviqasiya” (AZANS) Avropa və Asiyanı birləşdirən əsas hava hərəkəti idarəsidir. Hər il Azərbaycan Respublikasının ərazisi üzərindən 90 mindən çox tranzit uçuşlar yerinə yetirilir. Azərbaycanın əlverişli coğrafi mövqeyi həmçinin ölkə ərazisində postsovet məkanında yeganə olan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) açılmasına imkan vermişdir.

 

 “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

19 Fev 2019

Azərbaycan və Avropa hava hərəkətinin təşkili sahəsində əməkdaşlığı möhkəmləndirir

Ətraflı
30 Yan 2019

AZAL-dan yeni aksiya: Bakı-İstanbul-Bakı cəmi 169 avroya

Ətraflı
24 Yan 2019

AZAL-ın Bakı-Cenevrə-Bakı aviareysinin cədvəli yenilənmişdir

Ətraflı
21 Yan 2019

AZAL-dan qış aksiyası: Valideynləri ilə səyahət edən uşaqlara pulsuz aviabilet

Ətraflı
17 Yan 2019

Bakı ilə Pekin arasında aviareyslərin sayı artırılacaq

Ətraflı
11 Yan 2019

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsi üzrə yeni rekord müəyyənləşdirmişdir

Ətraflı