“Azərbaycan Hava Yolları” (AZAL) QSC-də təyyarə bələdçisi işləmək istəyən xanımların nəzərinə!

14 sentyabr 2018-ci il, Bakı – "Azərbaycan Hava Yolları" QSC xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir. Sənəd qəbulu 2018-ci il sentyabrın 17-dən oktyabrın 17-dək saat 10.00-dan 12.00-a kimi aparılacaq.

Namizədlər müsabiqə yolu ilə seçiləcəklər.

Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan, mütləq qaydada azərbaycan, rus və inglis dillərində sərbəst danışan xanımlar iştirak edə bilər. Digər xarici dilləri bilmək arzuolunandır. 

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur:

- şəxsiyyət vəsiqəsi;                   

- bir fotoşəkil (3х4);             

- xarici pasport;

- diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa).

Bütün sənədlər “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır.

Əlavə məlumat üçün “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Personalla iş üzrə Baş İdarəsinə müraciət etmək olar.

Əlaqə telefonları: 497-26-00 (daxili 24-04; 32-81; 20-74)

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

Son xəbərlər

11 Yan 2019

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsi üzrə yeni rekord müəyyənləşdirmişdir

Ətraflı
08 Yan 2019

AZAL Almatıya birbaşa aviareyslər yerinə yetirəcək

Ətraflı
26 Dek 2018

2018-ci ildə Azərbaycanın hava məkanından rekord sayda təyyarə istifadə etmişdir

Ətraflı
14 Dek 2018

“Azərbaycan Hava Yolları”nda (AZAL) təyyarə bələdçisi işləmək istəyən xanımların nəzərinə!

Ətraflı
19 Noy 2018

AZAL Əl-Küveytə müntəzəm reyslər həyata keçirməyə başlayacaq

Ətraflı
12 Noy 2018

Bakıdan Pekinə və əks istiqamət üzrə uçuşlarda “AZAL”ın yeni aksiyası

Ətraflı