Bakıda ilk dəfə olaraq “CANSO-2020” Ümumdünya aeronaviqasiya sammiti keçiriləcək

14 iyun 2018-ci il, Bakı - Azərbaycanın paytaxtı 2020-ci ildə CANSO (Civil Air Navigation Services Organization) beynəlxalq aeronaviqasiya təminatı provayderləri təşkilatının “Global ATM Summit” ümumdünya sammitinə ev sahibliyi etmək üçün seçilmişdir. Bakının namizədliyi Banqkokda İcraiyyə komitəsinin (FAA (ABŞ), Kanada, Almaniya, Çexiya, Argentinanın aeronaviqasiya sistemləri, Sinqapur, Tanzaniya, Böyük Britaniya və Səudiyyə Ərəbistanının mülki aviasiya administrasiyalarının rəhbərlərindən ibarətdir) iclasında yekdilliklə seçilmişdir. Daha sonra CANSO-nun baş məclisi zamanı Bakının namizədliyinin lehinə 70-dən çox ölkə səs vermişdir.

“Global ATM Summit” illik sammiti mülki aviasiya sahəsində ən mötəbər tədbirlərdən biridir. Sammitdə dünyanın 100-dən çox ölkəsindən 250-dən çox iştirakçı iştirak edir. Bu tədbir miqyasına görə tez-tez aviasiya sahəsində olimpiada ilə müqayisə edilir.

Azərbaycanın mülki aviasiya tarixində bu cür böyük və əhəmiyyətli sammit Bakıda ilk dəfə olaraq keçiriləcək. CANSO-nun böyük əhəmiyyətli beynəlxalq sammitin keçirilməsini Bakıya etibar etməsi qərarı Azərbaycan Prezidenti İlham Əliyevin mülki aviasiyaya göstərdiyi daimi diqqət və qayğısının, eyni zamanda bu sahədə əldə olunan uğurların əyani göstəricisidir.

2020-ci il üçün tədbirin əsas mövzusu gələcəkdə hava axınlarının qlobal təşkilinin strateji istiqamətini müəyyənləşdirən yenidən baxılmış “CANSO: Fit for the Future of ATM” proqramın təsdiq edilməsi olacaq.

Son illərdə sammit Dublində (2014), Durbanda (2015), Vankuverdə (2016) və Kopenhagendə (2017) keçirilmişdir. Bu il Banqkokda keçirilən sammit 2019-cu ildə Cenevrədə keçiriləcək.

CANSO ümumilikdə dünya hava trafikinin 85 faizini əhatə edir və gələcək təhlükəsiz hava məkanı modelinin yaradılması məqsədilə aeronaviqasiya xidmətləri provayderlərini, bütün dünyanın aviasiya hakimiyyətlərinin tənzimləyici və icra orqanlarını, həmçinin aviasiya sənayesinin aparıcı istehsalçılarını özündə birləşdirir.

Bu gün CANSO-nun bütün dünyadan 164-dən çox üzvü var. Azərbaycan 2005-ci ildən təşkilatın üzvüdür.

“Azərbaycan Hava Yolları” QSC-nin struktur bölməsi olan “Azəraeronaviqasiya” (AZANS) Avropa və Asiyanı birləşdirən əsas hava hərəkəti idarəsidir. Hər il Azərbaycan Respublikasının ərazisi üzərindən 90 mindən çox tranzit uçuşlar yerinə yetirilir. Azərbaycanın əlverişli coğrafi mövqeyi həmçinin ölkə ərazisində postsovet məkanında yeganə olan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) açılmasına imkan vermişdir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

19 Okt 2018

AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək

Ətraflı
19 Okt 2018

AZAL və "Belavia" Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalamışdırlar

Ətraflı
11 Okt 2018

Heydər Əliyev Beynəlxalq Aeroportu doqquz ay ərzində təxminən 3,5 milyon sərnişinə xidmət göstərmişdir

Ətraflı
10 Okt 2018

Bakıda “Avrasiya” Koordinasiya Şurasının iclası keçirilmişdir

Ətraflı
09 Okt 2018

AZAL və “HungaroControl” hava hərəkətini idarəetmə sahəsində əməkdaşlıq edəcəklər

Ətraflı
27 Sen 2018

AZAL Bakıda CANSO-2020 Ümumdünya sammitinin keçirilməsinə dair saziş imzalamışdır

Ətraflı