Bakıdan Ciddə və Burayda (Əl-Qassim) istiqamətində reyslərə aviabiletlər AZAL-ın saytında satışa buraxılmışdır

1 iyun 2018-ci il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısının www.azal.az saytında AZAL-ın iki yeni istiqaməti  - Səudiyyə Ərəbistanının Burayda (Əl-Qassim Beynəlxalq Aeroportu - ELQ) və Ciddə (Kral Əbdüləziz Beynəlxalq Aeroportu - JED) şəhərlərinə yerinə yetirilən reyslərə aviabiletlər əldə etmək olar.

Birbaşa uçuşlar yay cədvəli çərçivəsində  həftədə bir dəfə həyata keçiriləcək. Bakı-Ciddə-Bakı reysləri cümə axşamı (iyunun 21-dən avqustun 30-dək) və Bakı- Əl-Qassim-Bakı reysləri cümə günləri (iyunun 15-dən avqustun 31-dək) yerinə yetiriləcək.

Yeni reyslərin açılması Yaxın Şərqdən əlavə turist axınını cəlb etməyə imkan verəcək, müqəddəs ziyarətgahları daha əlçatan edəcək, həmçinin iki ölkə arasında işgüzar münasibətləri dərinləşdirəcək.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)

E-mail: callcenter@azal.az 

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

Son xəbərlər

19 Noy 2018

AZAL Əl-Küveytə müntəzəm reyslər həyata keçirməyə başlayacaq

Ətraflı
12 Noy 2018

Bakıdan Pekinə və əks istiqamət üzrə uçuşlarda “AZAL”ın yeni aksiyası

Ətraflı
09 Noy 2018

“AZAL”ın prezidenti ABŞ Nəqliyyat Komandanı ilə görüşüb

Ətraflı
06 Noy 2018

AZAL və KPMG Azərbaycan və Avropa arasında “Open Skies” layihəsini müzakirə etdilər

Ətraflı
29 Okt 2018

Azərbaycan Avropa səmasında təhlükəsizliyin qarantıdır

Ətraflı
26 Okt 2018

Cahangir Əsgərov “Iran Air” aviaşirkətinin rəhbəri ilə görüşmüşdür

Ətraflı