Avropada hava hərəkətinin tənzimlənməsi üzrə nümayəndə heyəti Azərbaycan mülki aviasiyasının uğurları ilə tanış olmuşdur

16 may 2018-ci il, Bakı Avropa Regionu Hava Məkanının İdarəetmə Mərkəzinin (Network Manager Operations Centre - NMOC) direktoru Co Sultananın başçılıq etdiyi nümayəndə heyəti bu gün Bakıya işgüzar səfər etmişdir.

Səfər çərçivəsində qonaqlar "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi və bu yaxınlarda “Skytrax” audit şirkəti tərəfindən ən yüksək "5 ulduz" reytinqinə layiq görülən Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) də daxil olmaqla Azərbaycanın mülki aviasiya obyektləri ilə tanış olmuşlar. 

Hava hərəkəti axınlarının planlaşdırılması zamanı əsas əlaqələndirici qovşaq olan Azərbaycan Hava Məkanından İstifadə üzrə Səmərəlilik Mərkəzi (ASEC) NMOC-un rəhbərliyinin böyük marağına səbəb olmuşdur. Bu mərkəz sayəsində Azərbaycan hava axınlarının planlaşdırılmasında “Eurocontrol”-un strateji tərəfdaşı rolunu oynayır.

Elə həmin gün “Azərbaycan Hava Yolları”nın Prezidenti Cahangir Əsgərov və  NMOC-un direktoru Co Sultananın görüşü keçirilmişdir. Cahangir Əsgərovun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu ardıcıl siyasət nəticəsində, son onillikdə Azərbaycanın tranzit dövlət kimi rolu xeyli artmışdır. Bu inkişaf Azərbaycanın hava məkanından istifadə edən hava gəmilərinin tranzit axınlarında da müşahidə olunur.

Görüşdə qeyd olunmuşdur ki, hazırda Azərbaycanın mülki aviasiyası aeronaviqasiya təminatı sahəsi də daxil olmaqla ən qabaqcıl avadanlıqlardan istifadə edir. Hər il Azərbaycan Respublikasının ərazisi üzərindən 90 mindən çox tranzit uçuşlar yerinə yetirilir.

Öz növbəsində, Co Sultana Azərbaycanın mülki aviasiyasının qazandığı uğurları yüksək qiymətləndirmişdir. O qeyd etmişdir ki, strateji mövqeyi və aeronaviqasiya təminatı səviyyəsi Azərbaycanı Avropanın hava axınlarının planlaşdırılması təşkilatı üçün cəlbedici edir və bu, yaxın illərdə Avropa və Asiya arasında tranzit reyslərin sayını artırmağa imkan verəcək.

Qeyd edək ki, Avropa Komissiyasının qətnaməsinə uyğun olaraq, NMOC-a hava məkanının təşkili,  Avropa hava limanlarında slotların koordinasiyası və “Eurocontrol”-a tabe olan 41 Avropa dövlətinin,həmçinin Mərakeş və Azərbaycan ərazisi üzərində hava hərəkəti axınlarının idarəedilməsi səlahiyyətləri verilmişdir. NMOC sutkada 27 mindən çox və ildə isə 1 milyondan çox uçuş planlaşdırır və nəzarət edir.

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

Son xəbərlər

15 Avq 2018

AZAL Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşları bərpa edir

Ətraflı
23 İyl 2018

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti

Ətraflı
17 İyl 2018

“Azərbaycan Hava Yolları” növbəti dəfə nüfuzlu Skytrax mükafatına layiq görülmüşdür

Ətraflı
04 İyl 2018

ABŞ-dan /ABŞ-a uçuşlarda tozvari maddələrin daşınmasına məhdudiyyət qoyulur

Ətraflı
14 İyn 2018

Bakıda ilk dəfə olaraq “CANSO-2020” Ümumdünya aeronaviqasiya sammiti keçiriləcək

Ətraflı
05 İyn 2018

Artıq AZAL-ın saytında Naxçıvana onlayn aviabilet almaq mümkündür

Ətraflı