“Azəraeronaviqasiya” ən müasir aeronaviqasiya innovasiya sistemi “AIM”i tətbiq etmişdir

11 may 2018-ci il, Bakı –  “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti yanında “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi “AIM” aeronaviqasiya məlumatının idaraetmə inteqrasiya sisteminin tətbiqi prosesini başa çatdırmışdır. Belə tam inteqrasiya olunan sistem bütün digər postsovet məkanı ölkələri arasında ilk dəfə tətbiq olunur.

Hava Hərəkətinin idarə edilməsi sahəsində Qlobal Konsepsiyaya müvafiq olaraq “AIM” yeni aeronaviqasiya məlumatının idarəetmə sistemi SWIM – System Wide Information Management konsepsiyasını əks etdirir və ICAO yol xəritəsinin bir hissəsidir. SWIM aviasiya, aeroport, uçuş,  meteoroloji məlumat , eləcə də müşahidə, hava gəmilərinin  axınının və hava məkanının buraxılış qabiliyyətinin məlumatı mübadiləsinə köməklik edir. Bu cür yanaşma hava hərəkətinin təşkil edilməsində bütün məlumat tədarükçüləri və istifadəçiləri  arasında birbaşa mübadiləni təmin edir.

“Müasir mülki aviasiya vaxtında təqdim edilən düzgün, dəqiq aeronaviqasiya məlumatı  olmadan mümkün deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi sayəsində "Azərbaycan Hava Yolları" bu gün rəqəmsal şəkildə aeronaviqasiya məlumatının ilkin mənbədən  son istifadəçilərə çatdırılma axınının fasiləsiz təşkil edilməsinə imkan verən qabaqcıl texnologiyalar tətbiq edir. Bu, öz növbəsində göstərilən xidmətlərin keyfiyyətini artıracaq, uçuşların təhlükəsizliyinin, müntəzəmliyinin, uçuşların səmərəliyi məlumatının təmin edilməsində vacib olan məlumatın işlənib hazırlanması prosesini sürətləndirəcək” – deyə “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Direktoru Fərxan Quliyev qeyd etmişdir.

“Aeronaviqasiya” bu sahədə son texnologiyaların tətbiqi üzrə təcrübə mübadiləsi məqsədilə digər hava hərəkəti idarəetmə mərkəzləri ilə əməkdaşlıq etməyə hazırdır.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

Son xəbərlər

25 May 2018

AZAL və “Buta Airways”in sərnişinləri Ramazan bayramında pulsuz baqaj yeri əldə edəcək

Ətraflı
16 May 2018

Avropada hava hərəkətinin tənzimlənməsi üzrə nümayəndə heyəti Azərbaycan mülki aviasiyasının uğurları ilə tanış olmuşdur

Ətraflı
14 May 2018

Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi 15 faiz artmışdır

Ətraflı
11 May 2018

“Azəraeronaviqasiya” ən müasir aeronaviqasiya innovasiya sistemi “AIM”i tətbiq etmişdir

Ətraflı
07 May 2018

Heydər Əliyev Beynəlxalq Aeroportuna dünyanın ən nüfuzlu mükafatı təqdim olunmuşdur

Ətraflı
30 Apr 2018

AZAL-ın saytında Bakı-Tivat reyslərinə aviabiletlər satışa buraxılmışdır

Ətraflı