Heydər Əliyev Beynəlxalq Aeroportu növbəti dəfə postsovet məkanının ən yaxşı aeroportu seçilmişdir

27 mart 2018-ci il, Bakı – Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci il hava limanı sənayesi üçün ən nüfuzlu qiymətləndirmə olan "Skytrax World Airport Awards" mükafatına layiq görülmüşdür. "Skytrax" mükafatının təntənəli təqdimat mərasimi Stokholmda (İsveç) keçirilmişdir.

Azərbaycanın əsas hava limanı Rusiya və MDB ölkələrinin bütün aeroportları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına yenidən başçılıq etmişdir. Bakının hava limanı artıq ikinci ildir ki, bu nominasiyada liderliyini qoruyur.

Bundan başqa, Heydər Əliyev Beynəlxalq Aeroportu hər il beş milyona kimi sərnişinə xidmət göstərən dünya aeroportları siyahısında üçüncü yeri tutmuşdur. Siyahıya London-Siti aeroportu başçılıq edir.

Daha bir nüfuzlu nominasiyanı Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) almışdır. Belə ki, o, dünyanın ən yaxşı terminallarının onluğuna daxil olmuşdur. Bu reytinqin lideri Londonun Hitrou hava limanı (Terminal 2) olmuşdur.

“Skytrax” tərəfindən keçirilən və 550 hava limanı arasında sərnişinlərə xidmət və şəraiti qiymətləndirən hava limanlarının qlobal inspeksiyası dünya hava limanı sənayesi üçün keyfiyyət etalonu sayılır. İnspeksiya və mükafat hava limanının nəzarəti və müdaxiləsindən asılı deyil və buna görə də, hava limanının mükəmməllik və keyfiyyəti üzrə obyektiv göstəricidir. İnspeksiya dövründə "Skytrax" həmçinin 100 ölkədən 13,73 milyon sərnişin arasında sorğu keçirmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti

Son xəbərlər

09 Avq 2019

İlin əvvəlindən Azərbaycanda 3 milyondan çox aviasərnişinə xidmət göstərilmişdir

Ətraflı
02 Avq 2019

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” QSC-nin Prezidenti Cahangir Əsgərov Naxçıvan Hava Limanında ikinci uçuş-enmə zolağının tikintisinin gedişi ilə tanış olmuşlar

Ətraflı
09 İyl 2019

2019-cu ilin birinci yarısında Azərbaycanın beynəlxalq hava limanları 2,4 milyon sərnişinə xidmət göstərmişdir

Ətraflı
04 İyl 2019

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır

Ətraflı
03 İyl 2019

AZAL Bakıda İATA ilə birgə beynəlxalq “Aviation Day Azerbaijan” tədbirini həyata keçirmişdir

Ətraflı
20 İyn 2019

AZAL prezidenti Cahangir Əsgərov “Paris Air Show 2019” aviasalonunun işində iştirak etmişdir (FOTO)

Ətraflı