Cahangir Əsgərov: Bakı - Əbu-Dabi reysinin açılması Azərbaycan vətəndaşlarına uçuşların coğrafiyasını daha da genişləndirməyə imkan verəcək

2 mart 2018-ci il, Bakı – Azərbaycan və BƏƏ-nin milli aviadaşıyıcıları  - AZAL və “Etihad Airways” arasında razılaşmaya əsasən Əbu-Dabi (AUH) – Bakı (GYD) – Əbu-Dabi (AUH) marşrutu üzrə birgə reyslərin ilk dəfə yerinə yetirilməsinə başlanılmışdır. Uçuşlar hər həftə - çərşənbə, cümə və şənbə günləri “Airbus A320” təyyarəsi ilə yerinə yetiriləcək.

İlk reys “EY297” martın 2-də göyərtəsində “Etihad Airways” aviaşirkətinin rəhbər heyəti, diplomatlar, KİV təmsilçiləri və digərlərinin də daxil olduğu xüsusi nümayəndə heyəti ilə Əbu-Dabidən uçmuşdur. Heydər Əliyev Beynəlxalq Aeroportuna enən təyyarə ənənəvi "su arkası" ilə qarşılanmış, pilot kabinəsindən Azərbaycan və BƏƏ-nin bayraqları dalğalanmışdır.

Elə həmin gün AZAL QSC-nin Prezidenti Cahangir Əsgərov və “Etihad Airways” aviaşirkətinin Baş İcraçı Direktoru Piter Baumqartnerin görüşü keçirilmişdir. Görüşdə Azərbaycan və BƏƏ-nin milli aviadaşıyıcılarının əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunmuşdur.

Cahangir Əsgərov qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin daimi diqqət və qayğısı sayəsində Azərbaycanın mülki aviasiyası sürətlə inkişaf edir. Son illərdə mülki aviasiyanın maddi-texniki bazasının gücləndirilməsi və onun müasir səviyyəyə çatdırılması istiqamətindəki işlər ardıcıl və sistemli xarakter daşıyır.                                                                                    

“AZAL və “Etihad Airways” mülki aviasiya sahəsində köhnə tərəfdaşlardır. Azərbaycan və BƏƏ-ni müntəzəm sərnişin daşımaları əlaqələndirir, aviaşirkətlər arasında birgə reyslərin açılması isə Azərbaycan vətəndaşlarına uçuşların coğrafiyasını daha da genişləndirməyə imkan verəcək, əlavə turist axını cəlb edəcək və işgüzar səfərlər üçün daha çox imkanlar yaradacaq”, - deyə AZAL QSC-nin Prezidenti bildirmişdir.

Piter Baumqartnerin sözlərinə görə, yeni reys BƏƏ-dən sərnişin axınının daha da artmasına və iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə səbəb olacaq. “Əbu-Dabi və Bakını birləşdirən müntəzəm reyslərin açılmasına çox şadıq. 2015-ci ildə Azərbaycan tərəfindən BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza alınması proqramı ölkəyə olan marağı əhəmiyyətli dərəcədə stimullaşdırdı ki, bu da yüksək turist axını artımına səbəb oldu”, - “Etihad Airways” aviaşirkətinin Baş İcraçı Direktoru qeyd etmişdir.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

15 Avq 2018

AZAL Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşları bərpa edir

Ətraflı
23 İyl 2018

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti

Ətraflı
17 İyl 2018

“Azərbaycan Hava Yolları” növbəti dəfə nüfuzlu Skytrax mükafatına layiq görülmüşdür

Ətraflı
04 İyl 2018

ABŞ-dan /ABŞ-a uçuşlarda tozvari maddələrin daşınmasına məhdudiyyət qoyulur

Ətraflı
14 İyn 2018

Bakıda ilk dəfə olaraq “CANSO-2020” Ümumdünya aeronaviqasiya sammiti keçiriləcək

Ətraflı
05 İyn 2018

Artıq AZAL-ın saytında Naxçıvana onlayn aviabilet almaq mümkündür

Ətraflı