AZAL-dan yeni aksiya: Bakı–Tel-Əviv–Bakı 299 avroya

31 yanvar 2018-ci il, Bakı - "Azərbaycan Hava Yolları" (AZAL) Bakı–Tel-Əviv–Bakı istiqamətində uçuşlar üzrə yeni aksiya elan edir.

Göstərilən istiqamət üzrə reyslərə 28 fevral 2018-ci il tarixinə kimi aviabilet aldıqda aviabiletin qiyməti 299 avro, əks istiqamətdə isə (Tel-Əviv–Bakı–Tel-Əviv) 299 dollar təşkil edəcək. Aksiya çərçivəsində uçuş tarixləri: 2018-ci il fevralın 3-dən martın 3-dək. Qeyd edək ki, endirimli qiymətə aviabiletlərin sayı məhduddur.

Aviabiletin qiymətinə baqajın (1 yer 23 kq-a kimi), əl yükünün (10 kq-a kimi, 55*40*23 sm ölçülərində) pulsuz daşınması və təyyarə göyərtəsində isti yemək daxildir.

Təl-Əviv İsrailin mədəni və işgüzar mərkəzidir. O, xeyli sayda restoranlar, ticarət mərkəzləri və gecə klublarının yerləşdiyi müasir canlı şəhərdir. Bu şəhər Aralıq Dənizini yuyan öz gözəl qumlu çimərlikləri ilə məşhurdur. Piyada dənizkənarı bulvar ilə bir çox görməli yerlərin yerləşdiyi Yaffa liman şəhərinə gedib çıxmaq olar.

AZAL-ın Bakıdan Tel-Əvivə reysləri həftədə iki dəfə Airbus A319 və A320 sərnişin təyyarələri ilə həyata keçirilir.

Endirimli aviabiletləri uçuşa azı 72 saat qalmış AZAL-ın kassalarında, www.azal.az saytında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək lazımdır. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı linkdə  onlayn qeydiyyatdan keçə bilər. http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  

 (+99412) 598-88-80; Azərbaycandan zənglər üçün qısa nömrə: *8880.

E-mail: callcenter@azal.az

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya azalmiles@azal.az email ünvanına və ya  www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

 “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

12 Noy 2019

Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunmuşdur

Ətraflı
07 Noy 2019

AZAL prezidenti Cahangir Əsgərov uçuş heyətinin yığıncağını həyata keçirmişdir

Ətraflı
23 Okt 2019

AZAL “Payız endirimləri” adlı aksiya elan edir

Ətraflı
14 Okt 2019

Azərbaycan Milli Aviasiya Akademiyası mexanik və avioniklərin hazırlığı üzrə yeni kurslar açır

Ətraflı
11 Okt 2019

"Azərbaycan Hava Yolları" iPhone və Android smartfonları üçün mobil əlavəni təqdim etdi

Ətraflı
10 Okt 2019

Bakıda AZANS-ın dəstəyi ilə “Digital Transformation Day” konfransı keçirilmişdir

Ətraflı