“Rockwell” şirkəti "Azərbaycan Hava Yolları"nın yeni “Boeing 737 MAX” təyyarələri üçün avadanlıq tədarük edəcək

12 noyabr 2017-ci il, Dubay – “Rockwell Collins International” şirkəti “Azərbaycan Hava Yolları”nın (AZAL) yeni “Boeing 737 MAX” təyyarələri üçün bort elektronikası, əyləncə sistemləri və kommunikasiya avadanlığının tədarükçüsü seçilmişdir.

Müvafiq saziş “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev və “Rockwell Collins International” şirkətinin Baş vitse prezidenti Kolin Mahoni tərəfindən ən böyük aerokosmik beynəlxalq sərgi “Dubai Airshow 2017” çərçivəsində imzalanmışdır.

Yeni avadanlıq sərnişinlərə bütün uçuş ərzində simsiz internetə giriş təqdim edəcək, həmçinin təyyarə göyərtəsində multimedia əyləncəsini yeni səviyyəyə qaldıracaq. 

Xatırladaq ki, bu ilin aprel ayında Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti və Amerikanın "Boeing" Korporasiyası 10 “Boeing 737 MAX” sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalayıblar. Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" sözügedən təyyarələrin operatoru olacaq. İlk iki yeni nəsil təyyarə Azərbaycana 2018-ci ilin sonunda, qalanları isə 2020-ci ilin sonuna kimi gətiriləcək.

Müqavilənin ümumi məbləği təxminən 1 milyard ABŞ dolları təşkil edir. Azərbaycanın mülki aviasiyası tarixində ilk dəfə olaraq hava gəmilərinin alınmasına dair sazişin maliyyələşdirilməsi dövlət zəmanətləri olmadan həyata keçiriləcək.

“737 MAX” təyyarələrinin modernləşdirilmiş seriyası CFM International istehsalı yeni LEAP-1B mühərrikləri ilə təchiz olunmuşdur ki, bu da ən yanacaq-səmərəli müasir təyyarələr ilə müqayisədə yanacaq sərfini 13 faiz azaltmağa imkan verir. Konstruksiyanın son təkmilləşdirməsi, o cümlədən yeni "Advanced Technology" vinqletin quraşdırılması müqaviməti azaldır ki, bu da “737 MAX” təyyarəsinin xüsusilə uzaq məsafələrə uçuşları zamanı istismar xarakteristikalarının daha da yaxşılaşmasına kömək edir.

 

"Azərbaycan HavaYolları" QSC-nin mətbuat xidməti

Son xəbərlər

14 Okt 2019

Azərbaycan Milli Aviasiya Akademiyası mexanik və avioniklərin hazırlığı üzrə yeni kurslar açır

Ətraflı
11 Okt 2019

"Azərbaycan Hava Yolları" iPhone və Android smartfonları üçün mobil əlavəni təqdim etdi

Ətraflı
10 Okt 2019

Bakıda AZANS-ın dəstəyi ilə “Digital Transformation Day” konfransı keçirilmişdir

Ətraflı
09 Okt 2019

Heydər Əliyev Beynəlxalq Aeroportunda pilotsuz uçuş aparatlarının hərəkətinin idarəedilməsi mərkəzi yaradılır

Ətraflı
03 Okt 2019

ICAO Azərbaycanın mülki aviasiya sahəsində uğurlarını vurğulamışdır

Ətraflı
19 Sen 2019

Bakıda AZAL-ın dəstəyi ilə “E-Commerce & Travel – 2019” adlı geniş konfrans keçirilmişdir

Ətraflı