AZAL Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin üzvü oldu

19 oktyabr 2017-ci il, Bakı –  Azərbaycanda ilk dəfə olaraq özəl və dövlət sektoru turizm sektorunun inkişafı üçün tərəfdaşlıq qurmuşdur. Azərbaycanın milli hava daşıyıcısı bu gün Azərbaycan Turizm Assosiasiyasının (AZTA) idarə heyətinin üzvü olmuşdur.               

Sazişi "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti, AZAL sərnişindaşıma şirkətinin icraçı direktoru Eldar Hacıyev və AZTA-nın sədri Nahid Bağırov imzalamışdırlar.

Assosiasiyanın tərkibinə aviaşirkətin daxil olması ilk dəfədir – indiyə kimi Azərbaycan Turizm Assosiasiyasının üzvləri sırasına turizm şirkətləri və otellər daxil olmuşdur.

AZAL Assosiasiyaya üzv olmaqla yanaşı AZTA-nın idarə heyətinə tərkibinə də daxil olmuşdur və burada aviasiya nəqliyyatının fəaliyyətini əlaqələndirəcəkdir.

AZAL-ın Azərbaycan Turizm Assosiasiyasında fəaliyyəti ölkədə turizm sənayesinin əsas iştirakçıları - turizm şirkətləri, otellər və aviasiya sahəsinin fəaliyyətinin üçtərəfli əlaqələndirilməsinin formalaşdırılması deməkdir. Turizm şirkətləri, otellər və aviasiya sahəsinin iştirakı olmadan lazımi keyfiyyəti təmin etmək mümkün deyil.

AZAL aviaşirkətinin Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin tərkibinə daxil olması və assosiyasiyanın üzvü olması dövlət başçısı tərəfindən turizm sektorunun inkişafının təmin edilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması üçün turizm sektorunun iştirakçıları qarşısında qoyduğu məqsədlərdən birinə nail olmaq deməkdir. 

Bundan sonra, turizm sənayesinin üç əsas aparıcı qüvvəsi əlaqələndirilmiş fəaliyyət göstərəcək. Bu fəaliyyət Azərbaycana turist axınını təmin etməklə yanaşı, turizmin bütün istiqamətlərinin inkişafına imkan verəcək ki, bu da əhalinin məşğulluğunun təmin olunması üçün əlavə təkan olacaq.

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

Son xəbərlər

19 Fev 2019

Azərbaycan və Avropa hava hərəkətinin təşkili sahəsində əməkdaşlığı möhkəmləndirir

Ətraflı
30 Yan 2019

AZAL-dan yeni aksiya: Bakı-İstanbul-Bakı cəmi 169 avroya

Ətraflı
24 Yan 2019

AZAL-ın Bakı-Cenevrə-Bakı aviareysinin cədvəli yenilənmişdir

Ətraflı
21 Yan 2019

AZAL-dan qış aksiyası: Valideynləri ilə səyahət edən uşaqlara pulsuz aviabilet

Ətraflı
17 Yan 2019

Bakı ilə Pekin arasında aviareyslərin sayı artırılacaq

Ətraflı
11 Yan 2019

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsi üzrə yeni rekord müəyyənləşdirmişdir

Ətraflı